30.08.2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Türk PDR derneğinin birgə birləşmələri “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi proqramı”nın yeni dərsi (canlı) baş tutmuşdur.
Təlimçilər Prof.Dr.Mehmet Engin Dəniz, Prof.Dr.Ali Eryılmaz, Doç.Dr.Metin Deniz, Prof.Dr.Erdal Hamarta, Prof.Dr.Fuat Tanhan və Doç.Dr.Umut Arslan iştirak etmişdir.
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən məktəb psixoloqlarının həm nəzəri, həm də praktik biliklərini bərpa etmək, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədi ilə Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi
proqramı həyata keçirilir.
Qeyd etmək lazımdır ki, təlimlərin Psixologiya Elmi-Tədqiqat İnstitutu, Türkiyə Yıldız Texniki Universiteti və Türk Psikoloji Danışma və Rehberlik dərnəyinin professor heyəti ilə əməkdaşlıq çərçivəsində hibrid formada təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı təlim prossesində nəzarət saatları da müzakirədir.
Ətraflı məlumat üçün: Mobil/What’sApp 070 268 27 08
E-poçt ünvanımız: [email protected]