Şizoid tiplər yeni tanış olduqları insalara qarşı olduqca ehtiyatlı davranan və eyni zamanda münasibətləri dərinləşdikcə belə bu davranışlarını heç vaxt dəyişdirməyən şəxsiyyət pozğunluğudur.Hisslərini ifadə etməkdə olduqca çətinlik çəkən şizoidlər daha çox öz daxili dünyasında olmağa üstünlük verirlər.Onların dost ətrafları olduqca az saydadır.
Şizoidləri başa düşmək heç də asan iş deyil,çünki onlar özləridə özlərini başa düşməkdən qaçırlar.Belə olduqda biz onların susqun,qayğısız,öz daxili aləmlərinə bağlanmış vəziyyətini izləyərkən,onların özləri və həmçinin başqaları haqqında nə düşündüyünü necə bilə bilərik?
Psixoloqların fikrincə onlar münasibət qurmağın olduqca yorucu olduğunu düşündüyü və səhv adama bağlanmaqlarından qorxduqları üçün ,münasibət qurmamağın ən yaxşısı olduğunu fikirləşirlər.
Hamımızın bir çox insanı başa düşməkdə çətinlik çəkdiyimiz və bu münasibəti qurmağın yorucu olduğunu bildiyimiz məqamlar vardır.Lakin bu o anlama gəlmir ki,hər birimiz şizoid adlandırılmalıyıq.Başqalarıyla qurulan əlaqə niyə məhz şizoidlər üçün bir yorğunluq abidəsinə çevrilir?-deyə düşünərkən belə bir qənaətə gələ bilərik ki,onlar sıradan insanlar kimi münasibət qurmaq üçün başqalarının reaksiyalarını başa düşmək üçün səy göstərmirlər.Belə fikirləşək-kifayət qədər yaxşı bilmədiyimiz dildə danışmaq məcburiyyətindəyik.Bu situasiyanın bizi necə yorduğu hissi ilə şizoidlərin başqalarıyla münasibət qurmağı hissi bəlkədə eynidir.
Onların münasibət qurmaqdan qaçdığına dair bir başqa səbəb isə -başqalarının onlar haqqında fikirləri onlar üçün daha az ,demək olar ki yox səviyyəsində maraqlıdır.Heç vaxt kimlərinsə onları tərifləməyini sevməzlər,çünki bir çox insanlardan fərqli olaraq tərif şizoidlərdə həyəcanlan yaratmaz.
Şizoid tiplər böyük qismini tək olaraq həyata keçirəcəyi peşələrə daha meyilli olurlar.Çox zaman dərinliklərinə qədər araşdirmağı sevdikləri peşənin bir mütəxəssisinə çevrilirlər.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Sevinc Əlizadə