“Koqnitiv Davranış Terapiyasında Elmi əsaslı müalicə üsulları” seminarı

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun əməkdaşlığı çərçivəsində Rasional Psixologiya İnstitutunun direktoru Doç.Dr.Murat Artıranın “Koqnitiv Davranış Terapiyasında Elmi əsaslı müalicə üsulları” seminarı həyata keçirilmişdir.

Seminarda Koqnitiv Davranış Terapiyası ilə bağlı aparılan elmi araşdırmalar və bu terapiyanın effektivliyinə dair empirik dəlillərdən danışan Murat Artıran iştirakçıların suallarını cavablamış, öz zəngin bilik və təcrübəsini bizlərlə bölüşmüşdür.

Qeyd edək ki, Albert Ellis İnstitutunun direktoru Dr.Kristene Doyle, Rasional Psixologiya İnstitutunun direktoru Doç.Dr.Murat Artıran və komandasının verəcəyi Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursuna qeydiyyat davam edir.

Son məqalələr

Online Qeydiyyat