17-19 Eylül 2022-ci il tarixində qardaş Türkiyə Respublikasının Biruni Üniversitesində keçirilən IV Avrasya Pozitif Psikoloji Kongresində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov “Olumlu Düşünmenin Öğrencilerin Yaşamlarına Etkisi” mövzusunda və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova “Evlilik ve Paranın mutluluğa nasıl etkisi var?!” mövzusunda araşdırma ilə çıxış ediblər.
Eyni zamanda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov və Avrasya Pozitif Psikoloji Kongresinin rəhbəri Prof. Tayfun Doğan arasında 2023-cü il 5.Avrasya Pozitif Psikoloji Kongresinin Azərbaycanda- Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilməsilə bağlı memarandum imzalanmışdır.