Türkiyədə IV Avrasya Pozitif Psikoloji Kongresi keçirilib.
Alp.az xəbər verir ki, tədbir qardaş ölkənin Biruni Universitetində baş tutub.
Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixologiya üzrə fəlsəfə doktoru Elnur Rüstəmov “Olumlu Düşünmenin Öğrencilerin Yaşamlarına Etkisi” mövzusunda çıxış edib.
Bununla yanaşı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın “Evlilik ve Paranın mutluluğa nasıl etkisi var?!” mövzusunda araşdırma ilə çıxışı dinlənilib.
Çıxışçılar psixologiya sahəsinə aid yeni metodlar haqqında məlumat verib və öz təcrübələrini bölüşüblər.
Tədbirin yekununda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri psixologiya üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Avrasya Pozitif Psikoloji Kongresinin rəhbəri Prof. Tayfun Doğan arasında 2023-cü il 5.Avrasya Pozitif Psikoloji Kongresinin Azərbaycanda-Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilməsilə bağlı memorandum imzalanıb.