22.09.2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Türk PDR derneğinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi proqramı”nın növbəti (online) dərsi baş tutmuşdur.
Təlimçi Prof.Dr.Erdal Hamarta olmuşdur.
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən məktəb psixoloqlarının həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədi ilə Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə təlimi
proqramı həyata keçirilmişdir.
Qeyd edək ki, təlimlərin Psixologiya Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yıldız Teknik Universiteti və Türk Psikoloji Danışma ve Rehberlik dərnəyinin professor heyəti ilə əməkdaşlıq çərçivəsində hibrid formada təşkil olunması nəzərdə tutulmuşdur. Bununla yanaşı təlim prossesində superviziya saatları da keçiriləcəkdir.
Ətraflı məlumat üçün: Mobil/What’sApp 070 268 27 08
Email adressimiz: [email protected]