Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloji laboratoriya fəaliyyət göstərir. Laboratoriyada psixoloji cihazlar vasitəsilə müxtəlif növ psixoloji problemlərin həm diaqnostikası, həm də korreksiyası həyata keçirilir. Laboratoriyada olan cihazlarımız aşağıdakılardır:
QEEG – Seans 25 dəq müddəti əhatə edir. Quantitativ elektroensefaloqramma nevroloji və neyropsixoloji müayinə metodudur. Əsasən beynin elektrik fəaliyyətinin qeydini təhlil edərək, müxtəlif tezlikdə dalğaların beyində paylanmasını göstərən ve beləliklə beynin işləməsini göstərən müayinə aparatıdır. Yəni beyindəki elektrik aktivliyini ölçərək beyin xəstəliyinin olub olmadığını müəyyən edir. Rəngli şəkildə raport verilir və terapiya aparatları üçün göstəriş verilir. Bu aparatla hansı terapiyaya ehtiyac olduğu müəyyənləşdirilir.
Neurofeedback – 50 dəq müddəti əhatə edir. Şəxsin özünün beyin dalğalarını dəyişdirməsinə kömək edən öyrənmə strategiyasıdır və beyin dalğalarının tənzimlənməsinə, diqqət əskikliyinin korreksiyasına, təşviş əlamətlərinin korreksiya olunmasına, narahatedici düşüncələrin beyindən kənarlaşdırılmasına və stress səviyyəsinin azaldılmasına xidmət edir. Şüa vermədən beyin dalğalanının tənzimlənməsinə kömək edən zərərsiz terapiya metodudur . Birbaşa beyin dalğalarımızla işlədiyi üçün istənilən nəticəni tez bir zamanda qalıcı olaraq əldə etməyə imkan verir.
TDCS – Seans 25 dəq müddəti əhatə edir. Beyin dalğasının tənzimlənməsinə, anlama və qavramanın artmasına, depressiyaya, nitqin normallaşmasına, əhval ruhiyyənin yaxşılaşmasına, yuxunun normallaşmasına, yaddaşın normallaşmasına, öyrənmə çətinliyi probleminə, parkinson xəstəliyinə kömək edir.
BETA-ALFA – Ən son texnologiya, dərmanlardan uzaq durmaq, rahat və ağrısız həyatdır. Fiziki terapiya vasitəsilə akupunktura (iynəbatırma) nöqtələrini təşviq edir, rahatlamaya kömək edir və stressi azaldır.
Virtual reality həyəcan-qorxu aparatı – Fərdin fiziki olaraq virtual mühitdə olduğunu hiss etməsinə şərait yaradan aparatdır. VR üçölçülü kompüter qrafikası əsaslı yeni bir texnoloji ekspozisiyadır. Fobiyalarda , həyəcan-təşviş ve panik pozuntusunda, agorafobiya, sosial fobiyanın müalicəsində virtual reallığa əsaslanan məruz qoyma texnikasıdır.
Forbrain – Səsləri mənimsədərək artikulyasiyasını yəni nitq səslərini-müxtəlif hecaları, sözləri təşkil edən komplekslərin tələffüzü ilə bağlı nitq orqanlarının fəaliyyətini gücləndirir. Bu yeni metod aşağıdakı problemlərin aradan qaldırılmasında istifadə olunur :
• Kəkələmə
• Dislaliya (səs tələffüz pozulmaları)
• Disleksiya
• Taxilaliya
• Exolaliya
• Diqqət dağınıqlığı
• Rabitəli nitqdə pozulma
• Nitqin analiz sintez təhlili
• Fonetik-fonematik qavrama
• Səslərin avtomatlaşması
• Afaziya
• Alaliya
• Dizartriya
• Rinofoniya