İmposter sindromu ilk dəfə 1970-ci illərdə psixoloq Suzanne Imes və Pauline Rose Clance tərəfindən kəşf edildi. Imposter sindromu şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur. Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları və ya əməklərində deyil, tamamilə şans faktorunda görürlər. İmposter sindromunun ən sarsıdıcı tərəfi isə bu şəxslərin bir gün bütün şans əsəri qazandıqlarına layiq olmadıqlarının üzə çıxacağını düşünmələridir. Bu şəxslər nə vaxtsa “təsadüfi” yüksəlişlərinin anlaşılacağını və əllərindəki hər şeyi itirəcəklərini düşünürlər. Imposter sindromunun hər hansısa bir növünün insanların 70 %-də mövcud olduğu düşünülür. Bu sindromu yaşayan insanların ortaq xüsusiyyətləri müvəffəqiyyətli olmalarıdır. Imposter sindromuna daha çox qadınlarda rast gəlinir. Amerikada iki magistr və başqa elmi dərəcələrin də sahibəsi olan bir qadın rektor vəzifəsində çalışırdı və tezliklə dekan olacağı düşünülürdü. Bir gün müvəffəqiyyətli akademik bütün iş yoldaşlarına maskalandığını və saxtakarlıq etdiyini, hər kəsdən üzr istədiyini bildirən bir e-mail göndərdi. Həyatının qalan hissəsində isə sadə işlərdə çalışdı. Qadının bütün iş yoldaşları təəccübləndilər çünki, qadının iş həyatı çox müvəffəqiyyətli idi. Qadının bu davranışının səbəbi isə imposter sindromu idi.

Suzanne Imesin düşüncəsinə görə imposter sindromunun səbəbi ailədə mövcud olan mükəmməlliyətçi düşüncələrdir.

Imposter sindromunu necə aradan qaldıraq?

●Fərqinə varın; imposter sindromu bir çox insanda vardır

●Bacardığınız işləri düşünün

●Mükəmməlliyətçi olmayın

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Emilya Nəsibova

Son məqalələr

Online Qeydiyyat