“Tibb heyətinə psixoloji dəstək proqramı”

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən “Tibb heyətinə psixoloji dəstək proqramı” mövzusu ilə qalib olmuşdur.

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Microsoft Teams platforması üzərindən 40 saatlıq ÖDƏNİŞSİZ TƏLİM proqramı elan edir.

Təlim qrup tamamlandığı gündən başlayacaqdır. Hətfədə 2 dəfə olmaqla, bir dərs 2 saat nəzərdə tutulub.

Təlim proqramı aşağıdakı mövzuları əhatə edir:

Mövzu 1.Həkimlərin sıxlıqla yaşadığı psixoloji problemlər və bu problemlərə necə yanaşmalı?

a)Ən çox qarşılaşdığınız psixoloji problemlər hansılardır?
b)Hansı mübarizə üsullarından istifadə edirsiniz?
c)Ənənəvi üsullarınızı yeniləri ilə əvəz etmək istəyərsinizmi?


Mövzu 2.Gərgin iş saatlarında stressi idarə etməyin yolları
a)Stress sizin üçün nədir?
b)Stress anlayışının xüsusiyyətləri
c)Stressin növləri
d)Bağlanma stilləri və onun stressə təsiri
e)Stressin idarə olunması nə deməkdir?
f)Stressin fərdi idarə olunması
g)Stressin simptomları
h)Stress və şəxsiyyət
l)Stresslə mübarizə texnikaları
k)Müəssisədaxili stress


Mövzu 3.Yanma (tükənmişlik, burn-out) sindromu
a)Emosional yanma sindromunun mərhələləri hansılardır?
b)Emosional yanma sindromunun səbəbləri nələrdir?
c)Emosional yanma sindromu ilə mübarizə üsulları
d)Emosional yanma sindromunun 3 əsas komponenti

Mövzu 4.Şəxsi münasibət və iş münasibəti arasında balansın yaradılması
a)Şəxsi münasibətlər sistemi
b)Kollektivdaxili münasibətlər
c)Ünsiyyət stilləri və onların doğru istifadəsi
d)İş münasibətlərinizin şəxsi həyatınıza təsiri nədən ibarətdir?
e)Şəxsi münasibətlərinizin iş həyatınıza təsiri nədən ibarətdir?

Yerlər məhduddur, öncədən qeydiyyat mütləqdir.

Layihənin məqsədi həkimlərin psixoloji problemlərə qarşı fərqindəliyinin artırılması və xüsusən post pandemiya dövründə həkimlərə dəstək ola bilmək üçün maraifləndirici təlim və seminarların keçirilməsidir.

Qeydiyyat üçün: 070 268 27 08 nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Son məqalələr

Online Qeydiyyat