“RASİONAL EMOSİONAL & KOQNİTİV DAVRANIŞ TERAPİYASI” kursu

Azərbaycan psixologiyasına və psixoloqlara şad xəbər.

Dünyanın ən qabaqda gedən psixoterapiyası olan Koqnitiv Davranış Terapiyasını artıq Azərbaycanda professional bir şəkildə öyrənə biləcəksiniz. Həm də kimlərdən?! Dünyanın öndə gedən psixoloqlarından. Kursumuzdakı müəllimlərdən biri Albert Ellis İnstitutunun direktoru Dr. Kristene Doyledur. Ellis İnstitutu dünyada psixologiya sahəsində olan iki ən böyük institutdan biridir. Digər təlimçi isə Albert Ellis İnstitutunun əməkdaşı və Türkiyədə Rasional Psixologiya İnstitutunun qurucusu olan Dos. Dr. Murat Artırandı. Təlimçilər arasında olan Professor Zeyneb Karataş, Dr. Ezgi İldırım və Mehmet Artıran da Rasional Psixologiya İnstitutunun professorları və psixoloqlarıdı.

Bu kursa qatılanlar həm Rasional Emosional həm də Koqnitiv Davranış Terapiyasını öyrənəcəklər. Üstəlik də, Amerika Psixologiya Assosiasiyası tərəfindən rəsmi tanınan Ellis İnstitutunun sertifikatını, Rasional Psixologiya İnstitutunun 120 saatlıq ilkin tətbiqi sertifikatını və Psixologiya Elmi Tədqiqat İnstitutunun sertifikatını əldə edəcəklər.

Kursun mövzuları aşağıdakılardır:

  • ABC modeli
  • Beck istiqamətli terapiya, düşüncə xətaları
  • Uşaqların inkişafı
  • Obsesiv kompulsiv pozuntu və terapiyası
  • Post-travmatik stress pozuntusu və terapiyası
  • İnternet asılılığı və terapiyası
  • Yemə pozuntuları və terapiyası
  • Depressiya və terapiyası
  • Təşviş pozuntuları və terapiyası
  • Diqqət əskikliyi və terapiyası
  • Əsəb kontrol problemi və terapiyası

Maraqlananlar üçün əlaqə nömrəsi: 051-958-94-88

Son məqalələr

Online Qeydiyyat