İstedadlı usaqların təlimi ayrı-ayrı fənlər üzrə fərdi təlim planının tətbiqi , başqa sözlə , təlimin fərdiləşdirilməsi və istedadın növünə görə uşaq qruplarının seçilməsi yəni təlimin differensasiyası əsasında təşkil edilə bilər. Fərdi təlim planı bir fənn əhatə edərsə bu şagirdin digər sahələrdəki qabiliyyətlərinin inkişafına mane ola bilar. Təim zamanı istedadlı şagirdin yaşıdlarından tam təcrid olunmasına yol vermək olmaz. Fərdiləşdirilmiş təlim də şagirdin yönəldilməsi prosesi əhəmiyyətli rola malikdir. Bu prosesə istedadlı uşaqla fərdi qaydada işlamayı bacaran , bu sahədə yüksək ixtisaslı mütətəssis rəhbərlik etməlidir. Onun əsas məqsədlərindən biri istedadlı uşağa səmərəli fərdi inkişaf strategiyasının seçilməsində kömək etməkdir. Bu işdə istedadlinin özünütəyin və özünütənzimləmə qabiliyyətlərinin inkişafına istinad edilməlidir . Yönəltmə prosesində istedadlı uşağın fərdi özünəməxsusluğu , onun həyat tərzi va təlim məzmununun müxtəlifliyi düzgün əlaqələndirilməlidir . İstedadliların təlimində səmərəli olan təlim metodlarından biri də təlimin differensasiyasidir. İstedadlıların təlimində differensasiyanın aşağıdakı növlərindən istifadə edilir.
- Paralellarin differensasiyası. Məktəbdə müxtəlif istedadlı uşaqlar üçün paralellər daxilində bir neçə sinif nəzərdə tutulur. Məsələn , istedadlılar üçün fizika – riyaziyyat , kimya – biologiya, humanitar siniflər, adi uşaqlar üçün isə adi siniflər . Bu təlim formasının müəyyən fəaliyyət sahəsinə dayanıqlı marağın artıq formalaşmış olduğu yaş həddində tətbiqi daha səmərəlidir (adətən, 9-cu sinifdən yuxarı). Burada da fərqli məzmun va metodlar konkret hallara uyğun tətbiq edilməlidir .
- Paralellərin qruplaşdırılması. Burada eyni yaşda olan məktəblilər hər bir fənn üzrə imkanları baxımından müxtəlif şəkildə qruplaşırlar. Bir şagird müəyyən bir fənn üzrə qabaqcıl qrupda, digər bir fənn üzrə isə adı sinifdə məşğul ola bilər. Bu zaman bütün paralellər üzrə eyni bir fənnin dərslərin eyni zamanda keçirilməlidir va hər bir fənn ucun şagirdlər yenidən qruplaşmalıdırlar. Bu təlim formasının bütün səviyyədən olan uşaqlar üçün səmərəli olması onun əsas üstünlüyüdür. Uşaqların çox saylı müxtəlif qruplara qoşulmalar onların sosializasiyası prosesinə müsbət təsir göstǝnr. Bu təlim formasının çətinlikləri əsasən təşkilati məsələlərlə bağlıdır. Müəllim va otaq çatışmazlığı da ciddi problemlərdən ola bilər. Məsələn, bütün paralellərdə fizika dərsidirsə, müvafiq sayda kabinet va müəllimin olması zəruridir.
- Paralellərdən istedadlı uşaqlar qrupunun seçilməsi. Bu halda hər paraleldən daha qabiliyyətli 4-8 uşaq seçilərək əlavə 15-20 şagird olan bir sinfə yerləşdirilir və istedadlı uşaqlarla digər usaqların təlimi belə siniflərdə paralel aparılır. Burada xüsusi hazırlığa malik olan müəllim tərəfındən istedadlı uşaqlara çətinləşdirilmiş və zənginləşdirilmiş program təklif edilir. Belə təlim forması hər iki şagird qrupunun, xüsusilə də istedadlı usaqların akademik uğudarının yüksəlməsinə təsir göstərir.
- Növbəli təlim. Bu təlim formasi asılı olaraq yaş qrupuna aid olan istedadlı uşaqların təlim prosesində dövri olaraq müəyyən surətdə qruplaşdırılmasını planlaşdırır. Bu istedadlı usaqların öz yaşıdları və yaşca onlardan fərqlənən digər istedadlılarla ümsiyyətdə olmalarına. eyni potensial qabiliyyətli olan uşaqlarda bədəni idarə etmək, öz vəziyyətlərini geyinmək və s. imkan verir. Ümumi təhsilin son mərhələlərində istedadlı uşaqların seçdikləri peşəyə uyğun universitet səviyyəsində məşğul olmaq imkanı yaradılmalıdır. Bu təlim forması akademik uğurlara, sosial vərdişlərə, özünü-qiymətləndirməyə müsbət təsir göstərir. Burada istedadlı usaqların inkişafındakı qeyri-bərabərlil də nəzərə alına bilir.Bu zaman təlimin differensiallaşdırılması qlobal deyil, müəyyən bir fənn çərçivəsində baş verir. Bu təlim formasının məktəblərdə tətbiqi müəyyən problemlərlə bağlıdır. Davamlı tətbiq edildikdə istedadlı uşaqların fərdi dərs cədvəllərinin uyğunlaşdırılması tələb olunur. Bu təlim forması istedadlı uşaqlarla iş üzrə ixtisaslaşmış və şagirdlərin sayı nisbətən az olan məktəblərdə səmərəli tətbiq edilə bilər.
- Ayrı-ayrı şagirdlər qrupu üçün icbari programin ixtisarı hesabına zənginləşdirilmiş təlim. Bu təlim formasında istedadlı uşaqlara adi dərslərin bir qismini onların maraq və tələblərə uyğun dərslərə əvəz edirlər. İstedadlı şagirdlərə orta məktəb kursunun bütün fənləri tədris edilməlidir. Odur ki, bu təlim forması tətbiq edilməmişdən əvvəl sınaqlar keçirilir və əgər şagird hər hansı bir digər fəndən yüksək nəticələr nümayiş etdirirsə həmin fənnə ümumi proqramda nəzərdə tutulan saatlar onun marağına müvafiq dərslərə verilir.Belə yoxlamalar mütəmadi aparılmalıdır və sonrakı fəaliyyət yalnız onların nəticələri əsasında planlaşdırılır. Nəticələr aşağı düşərsə fənn üçün nəzərdə tutulan saatlar bərpa edilə bilər və s. Təcrübə aparılməş tədqiqatlar göstər ki, təlimin bu formasi texniki-dəqiq elmlərə maraq göstərən şagirdlər üçün daha səmərəli olduğu halda humanitar istiqamətli uşaqlar ucun səmərəsiz olur. Bunun səbəbi odur ki, daqiq fənlər üzrə yüksək nəticələrə malik şagirdlər bir qayda olaraq humanitar fənlardan də yüksək nəticələr əldə edə bilirlər, bunun əksi isə təcrübədə bir qayda olaraq ödənmir.
- Sinil daxilində şagirdlərin müəyyən amillərə əsasən kiçik homogen qruplara ayrılması. Belə amillər intellektual səviyyə, akademik uğurlar va s ola bilər. Bu təlim formasının bir çox üstünlükləri var. Bütün qruplar üçün əlverişli şərait yaratmaq imkanı verir. Təlim prosesinin qurulması ucun mürəkkəb idarəçilik va təşkilatçılıq dəyişiklikləri tələb etmədiyindən onun icrası ciddi çətinliklərlə müşaiyət edilmir. Bu forma əlavə müəllimlər və sinif otaqları də tələb etmir. İstedadı uşaqlar kiçik kəndlərdə, qəsəbələrdə, iri şəhərlərdə ola bildiyindən bu forma daha universaldır və kütləvi şəkildə tətbiq edilə bilər. Lakin bu təlim formasının tətbiqi müəllimin hazırlıq səviyyəsinə və şəxsiyyət keyfiyyətlərinə ciddi və yüksək tələblar irəli sürür. Bu müəllimlərdə gördükdəri işə böyük maraq, kiçik qruplarla səmərəli işlamak bacarığı, programı bu qrupların spesifik maraq və səviyyəsinə uyğun diferensiallaşdırmaq qabiliyyəti və s. zəruri keyfiyyətlər olmalıdır. Bundan basqa həmin müəllimlərin müxtəlif informasiya mənbələrinə (IKT-yə) sərbəst va müstəqil müraciət etmək imkan təmin edilməlidir. Bu təlim formasının tətbiqi zamanı müxtəlif məktəblərin fərqli imkanları ilə yanaşı qruplardakı usaqların maraq va tələbatları nəzərə alınmalıdır. Təlim prosesinin müxtəlif formalarının tətbiqini əlaqələndirərkən əsas məqsəd uşaqların o cümlədən, istedadlı usaqların maksimum inkişafının təmin edilməsi olmalidir.
İstedadlı uşaqlarım təlim prosesinin müxtəlif mərhələlərində qruplaşdırılmaları ilə bağlı təlim formaları yalnız təlimin məzmun və metodlarında müvafiq dəyişikliklər edildikdə səmərəli ola bilər. Bu zaman məqsəd istedadlı uşaqların hər hansı bir kursu sürətlə keçmələri deyil, onların fərdi idraki tələbatlarının mümkün qədər tam ödənilməsi olmalıdır. - İstedadlı uşaqların əlavə təhsil sistemində təlimi. Əlavə təhsil sistemi uşaqlara maraqlarına uyğun təhsil sahəsini, müvafiq proqramı, imkanına uyğun mənimsəmə tempini və digər fəaliyyət formalarını seçmək içkanı verir. Əlavə təhsil davamlı proses olub, konkret başlama, bitmə, bir mərhlədən digərinə keçmə vaxtları ilə məhdudlaşmır. O fərdi maraq və imkanları nəzərə almaq üçün geniş imkanlar verir. Təlim prosesinin fərdi fəaliyyət xarakterli olması istedadlı uşaqların aşkarlanması, dəstəklənməsi, inkişaf etdirilməsi kimi mühüm vəzifələrin reallaşdırılmasına imkan verir. Əlavə təhsil sistemində aşağıdakı təlim formaları daha səmərəli hesab edilir: müəyyən sahə üzrə yaradıcı inkişaf proqramına əsasən fərdi və ya kiçik qrup halında təlim; tədqiqatçılıq və yaradıcılıq layihələri üzrə peşəkar (ustad yönəldiciliyi rejimində fəaliyyət) təlim; əyani-qiyabi məktəblər; tətil toplantıları; yay məktəbi düşərgələri; ustad sinifləri; yaradıcılıq laboratoriyaları; yaradıcılıq müsabiqələri, festivalları, olimpiadaları; elmi-praktik konfrans, seminar və yığıncaqlar. Əlavə təhsil sisteminə adətən, istedadlar artıq təzahür etməyə başlamış uşaqlar yönəlirlər. Bu səbəbdən də burada məzmunlu yaradıcılıq yönümlü tapsirıqlara üstünlük verilməlidir. Bilik, bacarıg va vərdişlərə məqsəd kimi deyil, vasitə kimi yanaşılmalıdır. Əlavə təhsil sistemində diqqət mərkəzində saxlanılmalı olan halları aşağıdakı kimi qruplaşdırmaq olar: istedadlı uşaqlarda müstəsnalıq hissinin formalaşmasına yol verilməməlidir, müəssisənin və ya mütəxəssisin nüfuzu xətrinə şagird istedadı istismar edilməməlidir, kiminsə istedadı uşaq vasitəsi ilə özünütəsdiq hallarının qarşısı alınmalıdır.
- İstedadlı uşaqların ixtisaslaşmış məktəblərdə təlimi. İstedadlı uşaqlarla işləməyə yönəlmiş xüsusi məktəblər olduğu kimi adi məktəblərdə də müvafiq siniflərin yaradılması məqsədəuyğundur. Ümumiyyətlə, istedadlı uşaqların ayrı təlim keçmələrinin müsbət və mənfi tərəfləri var. Bircins qrupun böyük üstünlüyü təlimdə adekvat irəliləmə sürətinə nail olmaqdır. Belə sinifdə hər bir şagird üşün uyğun şəraitin yaradılması daha asandır və burada bir qayda olaraq təcrübəli müəllimlər işləyirlər və iş prosesində bu sahənin yüksək ixtisaslı mütəxəssisine cevrilirlər. Digər siniflərdə istedadlılar az olduqlarından adətən tam “yüklənmiş olmurlar və belə siniflərdə işləyən müəllimlər onlara işləmək təcrübəsi toplaya bilmirlər.
Bircins qrupun mənfi halları odur ki, sagirdlərin ünsiyyət imkanlar məhdudlaşır, onlarda elitarlıq şüuru formalaşa bilir. İstedadlı usaqlarda təlimin optimallaşdırılması üçün yekcins va qarışıq siniflərdə təlimlə fərdi məsələlər arasında düzgün vəhdət yaradılmalıdır. Differensasiyanın istənilən forması yalnız istedadlı uşaqlara deyil, bütün uşaqlar üçün xeyirli olması mövqeyindəm qimətləndirilməlidir. Orta ümumtəhsil məktəblərində istedadlı uşaqlarla işin təşkili məsələsındə təhsil prosesinin ayrı-ayeı mərhələlərində şagirdlərin müxtəlif yanaşmalarla qruplaşdırılmasının geniş imkanları var. Bu yanaşmalar məktəblərin böyüklüyündən, geniş mənada imkanlarından, oradakı istedadlı uşaqlarım sayından və s.dan asılıdır. Ümumi və ya xüsusi istedadlı uşaqlar üçün xüsusi sinif və ya məktəblərin yaradılması aşağıdakı hallarda məgsədəuyğun olur: istedadlı uşaqların təlimi üçün elmi cəhətdən əsaslandırılmış və təcrübədə müsbət nəticələr vermiş təlim programı olduqda bu programla təlimə tələbatı olan istedadlı uşaqların müəyyənləşdiriməsi üçün müvafiq seçim sisteminin olması istedadlı uşaqları müvafiq təlimini təmin etməyə qabil olan müəllim va psixoloqların olması, təhsil müəssisəsinin fəaliyyətinin səmərəlilyini və işində meydana çıxan arzuolunmaz, amillərin izlənilməsini təmin edan əss-əlaqa sisteminin olması (məktəb fəaliyyətinin ekspertizası və şagirdlərin vəziyətinin psixo-pedaqoji monitorinqi uşaqların belə sinif və məktəblərə müxtəlif yaş mərhələlərində cəlb olunmasının, orada qalmanın könüllü olmasının, oranı problemsiz tərk etmək imkanının təmin edilməsi; istedadlı uşaqların belə sinif və məktəblərdə təliminin ödənişsiz olması.
İstedadlı uşaqların təliminin harada təşkil olunmasından asılı olmayaraq vacib olan onların nəyə və necə öyrədilməsidir. İstedadlı uşaqlar üçün nəzərdə tutulmuş təlim prosesinin xüsusiyyətləri, təlim programı, forma və metodları istedadin növündan asılı olaraq bir sıra spesifik tələblərə cavab verməlidir.
Müəllif: AMEA-nın müxbir üzvü, prof. Əliyev B.H, Psixol.e.n, TPİ-nin şöbə müdiri Bəylərov E.B.