29.10.2022-ci ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ilk qrupunun superviziyası Dos.Dr.Murat Artıran tərəfindən həyata keçirilmişdir.
Superviziyada kurs iştirakçıları rollu oyunlar vasitəsilə keçirilmiş dərsləri praktiki çalışmış və eyni zamanda terapevtik bacarıqları Dos.Dr.Murat Hoca tərəfindən dəyərləndirilmişdir.
Kursda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov çıxış etmiş, 29 Oktyabr – Türkiyə Cümhuriyyəti Günü münasibətilə təbrik etmiş, kursun ilk qrupu ilə fikir mübadiləsi aparmış, onlara uğurlar arzu etmişdir.
Zəngin bilik və təcrübəsini bölüşdüyü üçün Dos.Dr.Murat Artıran təşəkkür edir, kurs iştirakçılarına uğurlar arzu edirik!