Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Yıldız Teknik Üniversitesi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Çocuk Gelişimi ve Psikolojisi (#ÇocukGelişimivePsikolojisi) ixtisasartırma təhsilinin növbəti dərsi 08.01.2023-cü il tarixində, saat 10:00-18:00-da baş tutacaqdır. Dərs Peşəkar Pedaqogika üzrə fəlsəfə doktoru, Korreksiya pedaqoqu, loqoped, Beynəlxalq ekspert Lalə İmanova tərəfindən Psixologiya Elmi-Tədqiqat İnstitutunda, CANLI şəkildə həyata keçiriləcəkdir.
Ümumilikdə proqram 162 saat-72 saat canlı, 90 saat online nəzərdə tutulmuşdur.
Dərsin mövzularına aşağıdakılar daxildir:
Nitq problemlərini yaradan səbəblər:
Bioloji və sosial amillər
Nitq problemlərinin irsi (genetik) səbəbləri
Nitq problemlərinin perinatal səbəbləri
Nitq problemlərinin natal səbəbləri
Nitq problemlərinin postnatal səbəbləri
Nitq problemlərinin təsnifatı.
Kliniki- pedaqoji təsnifat
Psixoloji- pedaqoji təsnifat
Nitqi pozuntularının simptomatikası
Şifahi nitq qüsurları:
Afoniya, Disfoniya, Fonosteniya,
Dislaliya, Rinolaliya, Dizartriya,
Taxilaliya, Bradilaliya, Kəkələmə,
Alaliya, Afaziya
Yazılı nitqin qüsurları:
Aqrafiya, Disqrafiya,
Aleksiya, Disleksiya
Ödəniş 650 azn, birbaşa ödəsəniz 550 azn, hissə-hissə ödəsəniz ayda 130, tələbəsinizsə ayda 100 azn təşkil edir.
Qeydiyyat keçmək üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.