25 noyabr 2022-ci il tarixində, saat 20:30-da “PSİXOLOJİ DİAQNOSTİK METODİKALAR” mövzusunda Online vebinarımız baş tutacaqdır. Vebinar Peşəkar Psixologiya Mərkəzinin direktoru, Klinik Psixoloq Nuriyyə Quliyevanın təqdimatında, Microsoft Teams platforması üzərindən həyata keçiriləcək.
Vebinarda “İlkin psixoloji diaqnostika prosesində istifadə olunan metodikalar”, “Ümumi psixoloji vəziyyətin dəyərləndirilməsi” kimi məsələlərə toxunulacaqdır.
Qeyd edək ki, vebinarda iştirak ÖDƏNİŞSİZDİR.
Vebinara qoşulmaq üçün aşağıda qeyd etdiyimiz nömrə ilə Mobil/What’s App üzərindən əlaqə saxlaya bilərsiniz: 070 268 27 08