DÜŞÜNCƏDƏN HİSSLƏRƏ seminarından görüntülər

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Düşüncədən hisslərə – Daha yaxşı hiss etməyin yolları” mövzusunda təlim keçirilib.
İlk olaraq psixoloq Nərmin Ağayeva çıxış edərək irrasional inanclarımız, aşırı tələbkarlıq və düşüncə xətalarımız barədə məlumat verib.
Daha sonra klinik(tibbi) psixoloq Fuad Əsədov irrasional inancların çürüdülməsi haqqında danışıb və təlim iştirakçıları ilə bu barədə müzakirə aparıb. Eyni zamanda, hər iki mütəxəssis düşüncələrin hisslər və davranışlara necə təsir etməsini praktiki olaraq iştirakçılarla birgə tapşırıqlar əsasında göstəriblər.
İştirakçılara uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat