5 dekabr- Beynəlxalq Könüllülər günüdür

Bu gün Beynəlxalq Könüllülər Günüdür. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Könüllü Fəaliyyət Proqramı üzrə məzun olmuş bütün könüllü qruplarımızın üzvlərini, hal-hazırda könüllü fəaliyyət göstərən 7-ci könüllü qrupumuzun üzvlərini, o cümlədən “könüllü” adını daşıyan hər kəsi təbrik edir, onlara sağlam can, möhkəm iradə, təhsil və karyeralarında daim uğurlara imza atmaqlarını diləyirik.

Könüllü olmaq asudə vaxtı səmərəli dəyərləndirmək, qarşıya qoyulan məqsədə çatmaq uğrunda biliklərə bilik, təcrübəyə təcrübə qatmaq, dünyagörüşü artırmaqdır.

Nə yaxşı ki, yolunuz bizdən – Psixologiya Elmi-Tədqiqat İnstitutundan keçib!

Uğura gedən yolda daim sizə dəstək olmağa hazırıq!

Beynəlxalq Könüllülər Gününüz Mübarək!

Son məqalələr

Online Qeydiyyat