“Uşaq psixologiyasının əsasları” adlı ixtisasartırma təlimlərinə start verilib

Elm və Təhsil Nazirliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təhsil işçiləri üçün “Uşaq psixologiyasının əsasları” adlı ixtisasartırma təlimlərinə start verilib.

Təlimin məqsədi məktəblərdə müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, müəllimlərin peşə səriştəliyinin artırılması, təhsil motivasiyasının artırılması və şagirdlərin akademik göstəricilərinin inkişafına dəstək olmaqdır.

Təlim 36 saat müddətini əhatə edir və “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək.

İştirakçılara uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat