06.12.2022-ci il tarixində İnstitutumuzda VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün keys analizi keçirildi.
Keys analizi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, psixoloq Emilya Nəsibova və klinik psixoloq Mərziyə Əzməmmədovanın təqdimatında baş tutmuşdur. Birinci hissədə dissosiativ pozuntular haqqında məlumat verildi, ikinci hissədə isə bu pozuntu ilə əlaqəli keys analizləri edildi. Sonda isə könüllülərin sualları cavablandırıldı və növbəti keys analizi üçün tapşırıqlar verildi.
Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Emilya xanım və Mərziyə xanıma dərin təşəkkürümüzü bildirir, VII Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.