Albert Ellis İnstitutunun direktoru Dr.Kristene Doyle və Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran bu həftə sonu / 10-11 dekabr tarixlərində online, Zoom platforması üzərindən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun növbəti dərsində “İnternet və Oyun Asılılığının Terapiyası” mövzusundan bəhs edəcəklər.
Qeyd edək ki, Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursu Albert Ellis İnstitutu, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi Tədqiqat İnstitutunun birlikdə təşkilatçılığı ilə həyata keçirilir. İştirakçılar Ellis İnstitutunun direktoru Dr. Kristene Doylenin özündən dərslər alacaq və Amerika Psixologiya Assosiasiyası tərəfindən tanınan Albert Ellis İnstitutu sertifikatını qazanacaqlar.
İştirakçılara uğurlar arzu edirik !