Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri həyata keçirilir.
Təlimin məqsədi məktəblərdə müəllim-şagird-valideyn münasibətlərini səmərəli qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə əldə etmələrinə nail olmaqdır.
Təlimdə müəllimlərin həmkarları ilə praktiki təcrübə mübadiləsi əsasında qarşılıqlı fəaliyyət göstərməsi, onların özünəinamının artırılması, şagirdə müvafiq psixoloji yanaşmaların tətbiqi, müəllimlərdə emosional tükənmişlik sindromunun qarşısınının alınması, müəllimlərin peşə səriştəsinin, bilik və bacarıqlarının artırılmasının işinə müsbət təsiri, müəllimin şagirdin həyatında rol model olmasına diqqət yetirməsi və uğurlu peşə fəaliyyəti üçün düzgün qurulmuş münasibətlərin rolunun psixopedaqoji izahının verilməsi barədə mövzular yer alır.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan təlim 36 akademik saatı əhatə edir.