Zərərçəkmişin vəziyyəti o zaman köməksiz hesab edilə bilər ki, o psixi və fiziki halına görə ona qarşı edilmiş hərəkətlərin xarakter və əhəmiyyətini anlamasın və ya müqəssirə qarşı müqavimət göstərə bilməsin. Köməksizlik vəziyyəti fiziki və psixi faktorların yaratdığı bir çox səbəblərlə şərtlənə bilər. Məhkəmə psixoloji ekspertizasının predmetinə fiziki köməksizlik (fiziki qüsur, hamiləlik və s.) aid deyil. Ekspert-psixoloqun səlahiyyət sferasını psixi köməksizliyin də bütün növləri əhatə etmir: köməksizlik vəziyyətinə psixi pozuntu (xroniki və müvəqqəti psixi pozuntu, kəmağıllılıq va ya psixikanın başqa müvəqqəti xəstə vəziyyəti) səbəb olduğu hallarda məhkəmə psixiatrik ekspertizası təyin olunur; bu ekspertiza zamanı ekspert sualları tibbi və hüquqi meyarları müəyyənləşdirərək cavablandırır; zərər çəkmişin köməksiz vəziyyəti psixi patologiyaya aid olmayan psixi faktorlarla şərtləndiyi hallarda məhkəmə psixoloji ekspertizası keçirilir. Məhkəmə-psixoloji ekspertizası zərərçəkmişin belə bir vəziyyətdə olması ehtimalı yarandıqda və məhkəmə-psixiatrik ekspertizası tərəfindən onun psixi cəhətdən sağlam olması haqda rəy verildikdən sonra təyin edilir. Bu ekspertiza köməksizlik vəziyyətini hüquqi meyarlara əsasən müəyyənləşdirir.
Köməksizlik vəziyyətinin hüquqi müəyyənləşdirilməsi onun əsas meyarını əks etdirsə də onun psixoloji məzmununu açmır. Onun psixoloji mahiyyətini açmaq üçün ilk növbədə, göstərilən hüquqi meyarları nəzərdən keçirək. Zərərçəkmişin köməksizlik vəziyyətinin hüquqi meyarları digər ekspertiza növlərində olan hüquqi meyarlara bərabər olub iki psixoloji komponentin qarşılıqlı əlaqəsindən ibarətdir: onlardan biri “cinayətkarın hərəkətlərinin xarakter va əhəmiyyətini anlamaq qabiliyyəti” hüquqi əhəmiyyətli hadisələrin dərk olunması proseslərinə aiddir, digəri “müqavimət göstərmək qabiliyyəti”- hüquqi əhəmiyyətli situasiyada öz davranışını tənzim etməyin psixoloji mexanizmlərinə anlamaq kateqoriyalarına fikir vermək lazımdır. Məhkəmə-psixoloji müayinəyə həsr olunmuş ədǝbiyyatın təhlili göstərir ki, tədqiqatçılar <<xarakteri anlama» kateqoriyasını, «mənanı anlama>> kateqoriyasından fərqləndirirlər.
Zərərçəkmişin müqəssir tərəfin dən edilmiş hərəkətlərin xarakterini anlaması həmin hərəkətlərin məzmununun onun şüurunda düzgün əks etdirilməsini nəzərdə tutur. Bu isə xeyli dərəcə zərərçəkmişin kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründən başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və s. haqqında məlumatın kəmiyyət və keyfiyyətindən asılıdır. Zərərçəkmişin müqəssirin hərəkətlərinin əhəmiyyətini anlaması cinayətkarın motiv və məqsədlərinin, ona qarşı edilmiş hərəkətlərin nəticəsinin onun gələcəyinə olan təsiri baxımından onun şüurunda əksinin məna və qiymət tərəfini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, zərərçəkmişin cinsi münasibətlərin zahiri tərəfi haqda məlumatlılığı, müqəssirin hərəkətlərinin xarakterini anlaması bu hərəkətlərin əhəmiyyətinin düzgün dərk olunması demək deyil. Bəzən zərərçəkən seksual, intim həyat haqqında geniş məlumata malik olur. Bu, təbii ki, müqəssirin hərəkətlərinin seksual xarakter daşıdığını duymağa, görməyə imkan verir. Lakin bəzən elə hallar olur ki, zərərçəkən ona qarşı edilmiş hərəkətlərin sosial nəticəsini qiymətləndirməkdə çətinlik çəkir. Gerçəkliyi tamlığı ilə anlamaq beynin mürəkkəb təhlil-tərkib fəaliyyəti nəticəsində, konkret situasiyada alman informasiyanı mövcud bilik və təsəvvürlərlə əlaqələndirərək həyata keçirilir. Anlamanın keyfiyyət və dərinliyi insanın bilik ehtiyatı, hadisəni qavradığı andakı emosional vəziyyəti, idrak fəaliyyətini təşkil edən bütün proses və əməliyyatlar kompleksinin xüsusiyyətlərindən asılıdır. Başqa sözlə, zərərçəkənin seksual hayat haqqında geniş məlumata malik olması heç də onun müqəssirin ona qarşı etmiş olduğu hərəkətlərinin hansı nəticǝyǝ gətirib çıxaracağını dərk etdiyini göstərmir. Bunun üçün digər şəxsin motiv və məqsədləri, onun niyyətləri haqda nəticə çıxarmağa imkan verən həyat təcrübəsi və həm də situasiyanı tam olaraq dərk etmək üçün ayrı-ayrı faktları özlüyündə məntiqi olaraq əlaqǝləndirmək qabiliyyəti zəruridir. Zərərçəkmişin müqəssirin hərəkətlərinin əhəmiyyətini ola biləcək nəticə baxımından anlaması onun şəxsiyyətinin strukturunun kifayət qədər inkişafını tələb edir. Mənlik şüurunun kifayət qədər inkişaf etməməsi nəticəsində isə zərər çəkən özünə qarşı edilmiş hərəkət lərin şərəf və ləyaqətə olan ağır nəticəsini dərk etmir, bu da müqǝssir tərəfindən edilmiş hərəkətlərin daxili məzmununun zərər çəkən tərəfindən düzgün əks etdirilməməsinin sübutudur. Əxlaqi şüurun kifayət qədər inkişaf etməməsi nə ticəsində isə zərərçəkən özünə qarşı edilən hərəkətləri mövcud normalarla müqayisə edərək qiymətlən dirməkdə çətinlik çəkir. Qiymətləndirmənin əxlaqi tərəfi şəxsiyyətin mənəvi şüurunun yaxşı inkişafını, öz davranış və fəaliyyətini tənzimləmək qabiliyyətini təşkil edir.
Beləliklə də zərərçəkənin ona qarşı edilmiş hərəkətlərin xarakter və mahiyyətini dərk etmək qabiliyyətini müəyyən edərkən şəxsiyyət, motivlərin ierarxiyası, mənlik şüurunun və əxlaqi şüurun inkişaf səviyyəsi əsas diaqnostik meyarlar kimi istifadə edilə bilər.
Zərər çəkənin məhkəmə-psixoloji ekspertizası zamanı, müqəssir tərəfindən ona qarşı edilən hǝrǝkǝt və əməllərin xarakter və mənasını başa düşüb-düşməməsini müəyyən etməklə yanaşı, həm də onun şüurlu halda müqavimət göstərmək qabiliyyəti tədqiq edilir. Zǝrərçəkmişin müqavimət göstərə bilmək qabiliyyəti situasiyanı dərk edərək, öz məqsəd və maraqlarını idarə edərək cinayətkarın məcburiyyətini effektli olaraq rədd etməkdir. Zərərçəkmişın cinayətkar tərəfindən özünəqarşı edilmiş hǝrǝkətlərin xarakter və əhəmiyyətini anlamaması haqda məhkəmə ekspertizasının rəyi zərərçəkmişin müqəssirə qarşı müqavimət göstərmək qabiliyyətinin olmaması nəti- cəsinə gətirir. Belə ki, insanın iradi və qeyri-iradi olaraq daxil olduğu situasiyanın daxili məzmununu anlamaması adekvat olaraq onun davranış imkanlarını məhdudlaşdırır. Yəni məhkəmə-istintaq orqanlarını maraqlandıran şəraitdə insanın özünü və onu əhatə edən predmet və hadisələri adekvat olaraq dərk etmək qabiliyyəti pozulmuşdursa, onda insanın öz əməl və hərəkətlərinin ixtiyari olaraq tənzim olunması da pozulur. Çünki praktik olaraq bütün ali psixi proseslər şüurun işinə öz təsirini göstərir. Şüur şəxsiyyətin öz davranışını fikrǝn qurmağına və onun nə ilə nəticələnəcəyini qabaq- cadan görməyinə xidmət edir. İxtiyari psixi proses və hərəkətlər şüurun inkişaf səviyyəsindən asılıdır. Bu proses və hərəkətlərin kifayət qədər inkişaf etməsi şəxsiyyətə imkan verir ki, o, ətraf aləmdə mövcud olan əlaqə və münasibətlərin məzmunu daha dolğun, daha dəqiq əks etdirsin və məqsədə nail olmağın düzgün yollarını seçsin. Bu isə insanın mənimsədiyi sosial təcrübədən çıxış edərək cəmiyyətdə qəbul edilmiş normaların tələblərinə uyğun olaraq hərəkət etməyi deməkdir. Eyni zamanda, zərərçəkənin müqavimət göstərmək qabiliyyəti onun müqəssirin davranışının, hərəkətlərinin əsil mahiyyətini hadisənin hansı mərhələsində duymasından, anlamasından asılıdır. Çünki bu, zərərçəkənin öz hərkətlərini məqsədyönlü etməsinə və nəhayət, yaranmış vəziyyətdən ən optimal, düzgün çıxış yolunu tapmasına həlledici təsir göstərir. Anoloji olaraq düşünülə bilər ki, insan ona qarşı edilmiş hərəkətlə rin xarakter və əhəmiyyətini anlayıbsa deməli şüurlu olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Lakin psixoloji ədəbiyyatın təhlili göstərir ki, zərərçəkmişin ona qarşı edilmiş hərəkətlərin xarakter və əhəmiyyətini tamlığı ilə dərk etməsi belə onun tamamən müqavimət göstərə bilmək qabiliyyətindən xəbər vermir. Bəzən zərərçəkmiş özünə qarşı edilmiş hərəkətlərin xarakter və əhəmiyyətini anlasa belə öz fərdi- psixi xüsusiyyətləri hesabına müqəssirə qarşı müqavimət göstərə bilmir. Məhkəmə istintaq orqanları üçün zərərçəkmişin müqavimət göstərmək qabiliyyətinin olmaması haqda ekspert rǝyi (baş verənləri anladıqda belə) onun vəziyyətini köməksiz hesab etmək üçün kifayətdir.
Zərərçəkmişin köməksiz halının psixoloji izahı mürəkkəb olub, mütəxəssislər tərəfindən müxtəlif səpkidə izah olunur. Hadisəni dərk etmək, onun sosial mənasını, şəraitini düzgün qiymətləndirmək və iradəsindən, psixi və fiziki halından asılı olaraq müqavimət göstər hərə-mək qabiliyyəti bütövlükdə köməksiz vəziyyəti təşkil edir. Köməksiz hal ətrafda baş verən hadisələri düzgün dərk etmək və yaranmış şəraiti düzgün qiymətləndirmək, həmçinin öz iradəsini tam şəkildə ifadə etmək və müqavimət göstərmək qabiliyyətinə malik olmamasıdır (B.H.Əliyev:1996).
Beləliklə, məhkəmə istintaq orqanlarının kriminal situasiya zamanı zərərçəkmişin köməksiz vəziyyətdə ola bilməsi qənaətinə gəlməsi üçün aşağıdakı üç haldan birinin müəyyən edilməsi kifayətdir:
1) zərərçəkmiş müqəssirin hǝrǝkətlərinin həm xarakterini, həm də əhəmiyyətini anlamır və adekvat müqavimət göstərə bilmir;
2) zərərçəkmiş müqəssirin hǝrǝkətlərinin xarakterini anlayır, sosial nəticələrini görə bilmir və ona görə də hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmur;
3) zərərçəkmiş müqəssirin hǝrǝkətlərinin həm xarakterini, həm də əhəmiyyətini anlayır, lakin hǝrǝkətlərini idarə etmək qabiliyyətinə malik olmur;
Göstərilən qabiliyyətlər həm xarici, həm də daxili amillərlə şərtlənir. Xarici amillərə kriminal şəraitin xüsusiyyətləri, onun mürəkkəbliyi və dinamikası daxildir. Mǝsələn, qaranlıq, naməlum və tənha yerdə zərər çəkənə qarşı bir qrup şəxslər tərəfindən seksual qəsd etmə. Əksər hallarda, zorakının hərəkətləri ani olduğu üçün, zərər çəkən sadəcə olaraq həmin hərəkətləri qavramağa və qiymətləndirməyə macal tapmır. Daxili amillərə isə zərər çəkənin psixi inkişafının səviyyəsi, tədqiq edilən şəraitdə onun psixi-emosional vəziyyəti, şəxsiyyǝtinin xüsusiyyətləri, həyat təcrübəsinin spesifikası və s. (yəni, cinsi əlaqələr barədə xəbərdar olma, həyatın bu sahəsinə marağın olması) daxildir. Bu halda məhkəmə psixoloji ekspertizasının obyektləri psixi proseslər (qavrayış, təfəkkür), sinir sisteminin tipoloji xüsusiyyətləri, xarakter aksentuasiyası və əxlaqi şüurun formalaşma səviyyəsidir.
Zərərçəkmişin ona qarşı edilmiş hərəkətlərin sosial əhəmiyyətini və seksual yönəlişliyini anlamaq qabiliyyəti kriminal situasiyanın xüsusiyyətləri ilə (mürəkkəbliyi, dinamikası, strukturu) qarşılıqlı əlaqədə olan bir çox psixoloji faktorlardan asılıdır.
1) Zərərçəkmişin psixi inkişaf səviyyəsi. Zərərçəkmişin şəxsi və intellektual inkişafındakı çatışmazlıqlar anlamanın müxtəlif səviyyəli pozulmalarına gətirib çıxarır. Psixi inkişafın aşağı səviyyəsi təbii yaş q/yetkinliyi ilə şərtləndiyi hallarda (9-10 yaşa qədər olan azyaşlılar) yalnız hüquqi əhəmiyyətli hadisələrin xarici tərəfini anlamaq olar. Burada bioloji və sosial dərk ola bilməz. 10-11 yaşdan yuxarı azyaşlı və yeniyetmələrdə şəxsi yetkinliyin səviyyələrini və şüurlu fəaliyyətin fərdi strukturunu araşdırmaq zəruridir. Belə tədqiqatın əhəmiyyəti əqli geriliyin əlamətlərinin aşkarlanması məsələsinin çərçivəsindən çox kənara çıxır. Tədqiqolunanın seksual dərk və özünüdərkinin səviyyələri, cinsə aid suallar sahəsində biliklərin araşdırılması öyrənmənin əsas vacib obyektidir. Hətta intellekti yüksək olan zərərçəkmişlərdə belə psixoseksual inkişafın kifayət qədər formalaşmaması cinayətkarın hərəkətlərinin xarakter və əhəmiyyətini dərk etməyə imkan vermir. Zərərçəkmiş nə qədər yaşlıdırsa onun köməksiz və ziyyətinin müəyyənləşdirilməsində fərdi-psixoloji xüsusiyyətləri və bunların konkret situasiyada onun davranışına təsirinin tədqiqi daha da böyük çəkiyə malikdir. Məhz bu təsəvvürlər məhkəmə psixoloji ekspertizasının praktik faydasından xəbər verir. Belə hallarda ekspert psixoloji tədqiqatı özlüyündə tədqiq edilənin psixi inkişaf dinamikasını (anamnestik məlumatların analizi əsasında), onun xarakter xüsusiyyətlərini, əqli inkişaf vəziyyətini, maraq dairəsini, davranışının sabit motivlərini öyrənməyi birləşdirməlidir. Zərərçəkmişin vəziyyətini düzgün anlamaqdan ötrü “zərərçəkmişin təkcə yaşını deyil, tərbiyə olunduğu şəraiti, onun insanların cinsi mü- nasibətləri və s. barədə məlumatlılıq dərəcəsini öyrənmək lazımdır” fikri ilə razıyıq. Kriminal situasiyanı düzgün və tam olaraq dərk etmək qabiliyyətinin olmamasının səbəbi sosial və pedoqoji nöqsanlarla şərtlənən psixi inkişafda geri qalma da ola bilər.
2) Kriminal situasiyada zǝrǝrçəkmişin emosional vəziyyəti. Zǝrərçəkmişin şərəf və ləyaqətinə olan qəsdin xüsusi psixotravmatik xarakteri onda müxtəlif affektiv vəziyyətlər yarada bilər, xüsusilə qorxu affekti. Affektiv vəziyyətlərin xarakterik xüsusiyyəti şüurun müvəqqəti olaraq spesifik daralması və davranışın tam iradi tǝnziminin olmamasıdır. Fraqmentar qavrayışla müşaiyət edilən zərərçəkmişin şüurunun müvəqqəti daralması baş vermiş hadisəni dərk etməyi, öz hərəkətlərinin mənasını və cinayətkarın davranışının mənasını başa düşmək bacarığını aşağı salır. Bu göstərilənlər zərərçəkmişin ona qarşı edilmiş hǝrǝkətlərin xarakter və əhəmiyyətini anlamaq və müqəssirə qarşı müqavimət göstərmək qabiliyyətinin olmadığını şərtləndirir.
Məhkəmə-psixoloji ekspertizasi zamanı yuxarıda göstərilən diaqnostik meyarlar baxımından zərərçəkənin şəxsiyyətini təhlil edərkən onun müqəssirin hərəkətlərinin xarakter və mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətini müəyyən etməyə imkan verən əlamətlər:
- Kriminal situasiyada zǝrǝrçəkmişin passiv davranışı haqqında məlumatlar.
Bu çox vaxt məhkəmə və istintaq orqanlarının işçilərini düzgün fikirləşməkdən yayındırır və onları zərərçəkmişin cinsi əlaqəyə razı olması fikrinə gətirir (müqəssir onun könüllülüyü haqqında inad etdikdə). Zərərçəkmişlərin passiv davranışı olan 90% hadisələrdə onun cinayətkarın hərəkətlərinin xarakter və əhəmiyyətini anlamaq və müqəssirə qarşı müqavimət göstərmək qabiliyyəti tam və ya əhəmiyyətli dərəcədə zəif olur.
- Zərərçəkmişin baş vermiş hadisəyə qarşı dərin emosional reaksiyalarının olmaması.
Bu bir tərəfdən onda mənlik şüurunun kifayət qədər inkişaf etmədiyini göstərə bilər (başqa sözlə, mövcud mənəvi-əxlaqi normalara münasibətin formalaşmaması, bu normaları qəbul etməyə münasibətin formalaşmaması). Yuxarıda göstərildiyi kimi bu seksual hərəkətlərin xarakter və əhəmiyyətini anlamaq və müqavimət göstərə bilməyin psixoloji meyarı ola bilməz. Lakin bu hər şeydən əvvəl mənəvi şüurun koqnitiv tərkibinin formalaşmadığını göstərir. Belə halda zərərçəkmiş seksual münasibətlər və bu münasibətləri tənzim edən cəmiyyətdə qəbul edilmiş mənəvi normalar haqda kifayət qədər informasiyanın olmaması nəticəsində tam və ya müəyyən dərəcədə cinayətkarın hərəkətlərinin xarakter və əhǝmiyyətini dərk etmək vəziyyətində olmur.
- İstintaq gedişində zərərçəkmişin valideynləri, yaxınları, pedoqoqları ilə ünsiyyət prosesi zamanı onun psixi inkişafda geri qalması ilə (psixi xəstəliklə əlaqədar olmayan) bağlı güman yarana bilər.
Misal üçün, istintaq zərərçəkmişin psixi sağlamlığına aid tibbi sənəd olduğunu güman edir, əksinə qızın psixiatrik tibbi müəssisədə qeydiyyatda dayanmadığı haqda informasiya var. Onda təhsilinə və yaşına uyğun olmayan yüngül mühakimələr, baş vermiş hadisəlǝrə qarşı qeyri-adekvat reaksiyalar müşahidə edilir.
- Seksual zorakılıq zamanı zərərçəkmişlərdə somatik xəstəliklərin əlamətinin tapılması məlumdur.
Bu da onun situasiyanı qiymətləndirmək və aktiv müqavimət göstərmək qabiliyyətinə əsaslı təsir göstərə bilər. Bu pnevmaniya, orqanizmin sistemlərindən birinin kəskin prosesləri, xroniki xəstəliklər, anemiya və s. ola bilər.
- Zərərçəkmişdə əsəbilik, əzginlik, özünəinamsızlıq, qapalılıq, stressli situasiyalara qarşı aşağı sabitlik, və s. kimi xarakter xüsusiyyətlərinin olması haqda məlumat. Bu cür şəxsi xüsusiyyətlər ekstremal situasiyada frustrasiya (çıxılmazlıq) vəziyyətinin asanlıqla yaranmasını, həyəcan, özünü itirmək və passiv formalı reaksiya
- Zərərçəkmişin tərbiyəsinin yaxşı olmayan cəhətləri haqda informasiya.
Məsələn, əgər ailədə valideynlǝrin uşağa qarşı olan münasbəti avtoritardırsa, sistematik olaraq uşağın müstəqilliyinə təzyiq edilirsə yeni, adi olmayan situasiyada qərarsızlığa, qərar qəbul etməyi bacarmamağa gətirib çıxarır.
Məhkəmə-psixoloji ekspertizasının növlərinin predmeti müəyyən hüquqi əhəmiyyətli şəraitlə sıx bağlıdır. Ekspertizanın hər bir növü üzrə tədqiqatın keçirilməsini məhz hüquqi əhəmiyyətə malik şərait zəruri edir. Psixoloji ekspertizanın konkret növünün predmeti hüquqi əhəmiyyət kəsb edən şəraitlə tutuşdurulmalıdır. Köməksizlik vəziyyətinin ekspertizası zamanı zərərçəkmişin bir-birini ardıcıl surətdə əvəz edən keçdiyi beş şəraitdən yalnız ikisi hüquqi əhəmiyyətə malikdir: cinayətin törǝdildiyi şərait və cinayətdən sonrakı şərait. Bu şəraitlərin hər birində şəxsin psixi fəaliyyətinin sübutları faktları (iş üçün əhəmiyyətli olan faktları) mühüm əhəmiyyət kəsb edir. Belə ki, cinayət əməli törǝdilən şəraitdə şəxsin psixi fəaliyyəti onun müqavimət göstərmək qabiliyyətinə təsir edə bilər. Və ya müqəssirin hərəkətləri nəticəsində cinayətdən sonrakı şəraitdə zərərçəkmişin köməksiz vəziyyətdə olması müəyyənləşdirilə bilər və qeyd etdiyimiz kimi bu hüquqi əhəmiyyətə malikdir. Ekspert-psixoloq zərərçəkmişin psixi fəaliyyətinin xüsusiyyətlərini baş vermiş konkret hadisə ilə qarşılıqlı əlaqədə təhlil etməlidir. Məsələyə məhz bu baxımdan yanaşdıqda zərərçəkənin bu və və ya digər şəxsi xüsusiyyətinin hadisə zamanı onun davranışına təsirinin xarakterini müəyyən etmək olar. Çünki insanın davranışını anlamaq və şərh etmək üçün törədilmiş əməlin. hərəkətin baş verdiyi şəraiti təhlil etmək zəruridir. Şəraitin insanın davranışına verdiyi tələblərə onun fərdi-psixoloji xüsusiyyətlərinin hansı dərəcədə uyğun olduğunu müəyyən etmədən obyektiv nəticə çıxarmaq olmaz. Ekspert-psixoloq bu baxımdan zərərçəkmişin hüquqi əhəmiyyətli situasiyada köməksiz vəziyyətdə olduğunu müəyyənləşdirməkdən ötrü onun bu hadisəyə qədər olan və hadisədən sonrakı davranış tipini müəyyənləşdirməlidir. Cinayət işinin məzmununu təşkil edən situasiyada mərkəzi yeri zərərçəkmişin davranışının retrospektiv-psixoloji (hüquqi əhəmiyyətli situasiyaya qədər) təhlili tutur. Zərərçəkmişin baş vermiş hadisəyə emosional reaksiyalarının dərinliyi, hadisələrin postsituasion (hüquqi əhəmiyətli situasiyadan sonra) dərki tədqiqat zamanı vacib tamamlayıcı məlumat rolunu oynaya bilər. Ekspert-psixoloji tədqiqatlar idrak fəaliyyətinin hüquqi əhəmiyyətli situasiyada təzahür edən və tədqiq edilənin davranışına təsir göstərə bilən fərdi xüsusiyyətlərini aşkarlamağa malikdir. İdrak fəaliyyətinə tam insan şəxsiyyəti fəaliyyətindən təcrid olunmuş şəkildə baxmaq olmaz. Buna görə də tədqiqat zamanı tədqiq edilənin davranışı, fikri məsələləri həll edərkən seçdiyi, istifadə etdiyi vasitə və üsullar, uğura və uğursuzluğa reaksiyası, bir çox başqa şeylər onun psixi xüsusiyyətləri haqda ümumi təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndirir. Əldə edilmiş məlumatların birliyi ekspert qarşısında zərərçək mişin şüurunda hadisənin necə əks olunması (məhz bu onun özünə qarşı edilmiş hərəkətlərin xarakter və əhəmiyyətini anlamaq və müqavimət göstərmək qabiliyyətinin olması sualını cavablandırır) haqda nəticə çıxarmaq imkanı yaradır. Köməksizlik vəziyyətinin məhkəmə-psixoloji ekspertizasının keçirilməsində psixodiaqnostik tədqiqatın aparılması mühüm mərhəlǝdir. Psixodiaqnostik tədqiqatın planlaşdırılması məhkəmə-istintaq orqanlarının ekspert-psixoloq qarşısında qoyduğu sualların məzmunu ilə uzlaşmalıdır. Hər bir konkret psixoloji müayinə zamanı adekvat psixodiaqnostik metodlar seçilərək, zərər çəkmişin idrak prosesləri, onun emosional-iradi sferası və fərdi-psixi xüsusiyyətləri tədqiq edilir. Hər bir cinsi cinayət işi üzrə məhkəmə-psixoloji ekspertizası psixodiaqnostik tədqiqatın özünəməxsus, təkrar olunmaz bir formasıdır və ekspert tədqiqati, fikrimizcə, əsasən aşağıdakı amillərdən asılıdır. Hər şeydən əvvəl, biz ekspert-psixoloqun peşakarlıq səviyyəsini, onun iş təcrübəsini, bilik, bacarıq və vərdişlərini qeyd etməliyik. Ekspert-psixoloq hər bir metodun və ya konkret metodiki üsulların öyrənilən psixoloji hadisənin məzmununa uyğunluğunu bilməli, konkret elmi xarakter daşımasına diqqət yetirməlidir. O, eyni zamanda psixodiaqnostik tədqiqatın səmərəli olmasını şərtləndirən metodun validliyini (əsaslı olması), mötəbərliliyini, əldə olunan informasiyanın (məlumatın) dəqiqliyini nəzərə almalıdır.
Psixodiaqnostik müayinənin vəzifələri və mövzusuna uyğun olaraq seçilmiş metod nəzərdə tutulan əlamət, xüsusiyyət və hər hansı digər psixoloji faktı müəyyən etmək və ölçmək imkanı verməlidir. Ən mühüm şərtlərdən biri də ondan ibarətdir ki, seçilmiş və istifadə olunmuş psixodiaqnostik metoddan (təkrar və ya kompleks ekspertizalar zamanı) eyni tipli ekspertizalar zamanı yenidən istifadə edildikdə, nəticələrdəki xəta fərqi adekvat olaraq az olsun.
ƏDƏBİYYAT:
- Əliyev B.H. Cinayat və mülki prosesda mahkama psixoloji ekspertizasi problemləri. Bakı-1996
- Şabanov S.F. Cinsi cinayatlərə dair işlər üzrə məhkəmə-psixoloji ekspertizasının təşkili və keçirilməsi (metodik vəsait). Bakı-2002
- Коченов М.М. Введение в судебно-психологическую экспертизу М.1988
- Нагайев В.В. Основы судеб- но-психологической экспертизы M.2000
Müəllif: BDU-nun Ümumi psixologiya kafedrasının magistrantı Aslanova G.M.