Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutmuşdur

07 yanvarda Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin 1-ci qrupu üçün növbəti CANLI dərs baş tutub.

Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva iştirakçılarla uşaqlarda psixoloji inkişaf, uşaqlarda sosial və emosional inkişaf, uşaqlarda inkişaf pozuntuları və uşaqlarda davranış pozuntuları mövzularında zəngin bilik və təcrübəsini bölüşüb.

Eyni zamanda, neyropsixoloji məşqlər, “Life Kinetik”, “Attentioner”, CBT əsaslı oyun terapiyası və EMDR texnikasını iştirakçılara praktik olaraq göstərib.

Daha sonra klinik psixoloq Nuriyə Quliyeva iştirakçılarla müzakirələr aparıb, onların fikirlərini dinləyib.

İştirakçılara uğurlar arzu edirik !

Son məqalələr

Online Qeydiyyat