Son illərdə mütəxəssislər təhsilin və səhiyyənin sərhədlərinin kəsişməsində yaranan problemlərə xüsusi diqqət yetirirlər. Gənclərin sağlamlığının möhkəmləndirilməsi, onların hər tərəfli inkişafına və təhlükəsiz təhsil alma şəraitinin təmin olunması, gənc nəslin sosial, şəxsi və mənəvi tənəzzülünün qarşısının alınması ümumi və bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olan problemlər kimi nəzərdən keçirilməyə başlanılib.
Bildiyimiz kimi ali məktəblərdə təhsil aldıqları dövrdə tələbələrin fiziki, psixi və reproduktiv sağlamlığı mühitin bir sıra amillərinin mənfi təsirinə məruz qalır. Ətraf mühit stereotiplərinin dəyişməsi, həddən artıq fiziki və psixoloji yüklənməlǝr psixoloji gərginliyin artmasına səbəb olur. Xüsusən də ilkin illərdə tələbələrdə cəmiyyətə bələdləşmənin pozulması sosial adaptasiyanı çətinləşdirir, stressogen gərginliyin yaranmasına gətirib çıxarır. Tələbələrdə psixi sağlamlığın tədqiqinin aktuallığı tələbə mühitində stressogen amillərin mövcudluğu ilə müəyyənləşir. Bir tərəfdən informasiya gərginliyi, digər tərəfdən tədris yükünün qeyri-proporsional bölünməsi və vaxt çatışmazlığı, imtahan və sosial adaptasiya dövrü, gələcək peşədə özünümüəyyənləşdirmənin zəruriliyi və s. stressin yaranmasına gətirib çıxarır. Dərsə və istirahətə ayrılan vaxtın düzgün növbələşdirilməməsi frustrasiyaya, depressiyaya, psixovegetativ pozğunluqlara, nevroza və müxtəlif psixosomatik xəstəliklərin yaranmasına səbəb olur.
Stressin yaranması və onun fəsadları fərdin psixi sağlamlığı üçün ciddi təhlükədir. Xüsusən də bu, insan həyatının gənclik və tələbəlik dövrünə düşür. Tələbəlik dövrü emosional yaşantıların müxtəlifliyi ilə xarakterizə olunur. Bu yaşantılar həyat tərzində də öz əksini tapır. Gənclik dövründə adama elǝ gəlir ki, onun fiziki və psixi ehtiyatları tükənməzdir. Tələbələr sağlamlığın qeydinə o qədər də qalmır, bunu xoşagəlməz və darıxdırıcı bir iş hesab edirlər. Bu yaş dövründə relaksasiya və istirahətə qabillik də məhdud xarakter daşıyır. Belə ki, gənclər psixi və fiziki ehtiyatla rının tükənməz olduğuna arxayın dırlar. Tələbələr yeni sosial qrupa fəal üzv kimi daxil olmaq, nüfuz və yüksək status qazanmaq istədikdə onların davranışında sağlamlığa zərər vuran hallar ortaya çıxır, nikotin, alkoqol, narkotik kimi zərərli vasitələrdən istifadəyə meyl yaranır.
Bütün bu məsələrlə bağlı olaraq qeyd etmək lazımdır ki, təhsil sisteminin, ümumən isə şəxsiyyətin sosial inkişafını şərtləndirən dövlət strukturu kimi ali məktəblərin qarşısında bir sıra vacib məsələlər dən biri də tələbələrin fiziki, psixi və mənəvi sağlamlığının qorunma sıdır. Ali təhsil şəxsiyyətin sosial tərbiyəsində sonuncu pillani tutur. Bu sistem dövlətin ixtisaslaşmış, mədəni və intellektual elitasını formalaşdıran mühüm bir institutdur. Bununla bərabər sosial təbəqələşmə şəraitində gənclərin təhsil almaq, yaxşı iş tapmaq, tibbi, sosial-məişət və s. xidmətlərindən istifadə etmək şansları bərabər olmur. Bu zaman gənclərdə həyatdan zövq ala bilməmək, apatiya halları yaranır, stresslərin sayı artır, bu da öz növbəsində şəxsiy yətin cəmiyyətə uyğunlaşmasını pozur və gənclər mühitində bir sıra neqativ hallar yaranır. Bunun da nəticəsi olaraq gənclərin sağlamlıq vəziyyəti pisləşir, mənəvi dəyərlər və yönümlər məhv olur, inamsızlıq, ümidsizlik yaranır, gənclər arasında, xüsusən də tələbələr arasında cinayətkarlıq, narkotik maddǝlərdən və alkoqoldan istifadə halları getdikcə artmağa başlayır. Bu cür neqativ halların aradan qaldırılması üçün tələbələrin psixi sağlamlığına təsir göstərən amillər araşdırılmalı və onların psixoprofilaktik tədbirlər sayəsində qarşısı alınmalı və ya mənfi təsiri azaldılmalıdır.
Stressla bağlı aparılmış çoxsaylı tədqiqatlar ilkin olaraq stressi törədən amillərin öyrənilməsinə həsr olunurdu. İnsanın imkanlarından kənar yüksək tələblər qoyulmuş, psixi gərginliyə və yüklənmǝyǝ səbəb olan situasiyaya necə davam gətirməsi probleminin tədqiqi isə son zamanlar daha çox ön plana çəkilir. Şübhəsiz ki, tələbə mühiti də bu cür situasiyalar sırasına aiddir. Çünki burada da müxtəlif tipli yüklənmələr və tələblər qoyulur. Digər tərəfdən məhz bu dövrdə gələcək mütəxəssislər formalaşır, onların psixi sağlamlıq səviyyəsi bilavasitə fəaliyyətin uğurlu olmasına və ümumən həyat tərzinə təsir göstərir, yüksək sosial əhəmiyyətə malik olur. Kəskin dəyişən sosial-iqtisadi amillər də tələbələrin psixi sağlamlığına təsir göstərir. Bu amillərin təsiri nəticəsində mütə xəssislərin cəmiyyətdə sosial və peşəkar qeyri-müəyyənliyi, təhsil səviyyəsinə və hazırlığına görə ikinci iş yeri axtarması zərurəti yaradır. Bütün bu hallar tələbələrin sosial adaptasiyasını zəiflədir, psixi sağlamlığında ciddi fəsadlar törədir.
Tələbələrin psixi sağlamlığının qorunmasında onların yönəliş və gözləmələri mühüm əhəmiyyət kəsb edir. Ümumiləşmiş şəkildə onları müsbət (nikbin) ustanovka, mənfi (bədbin) ustanovka kimi qeyd etmək olar. Müsbət ustanovka stressin qarşısını uğurla almağa kömək edir, belə ki, çətin situasiyalarda yaşanılan emosiyalar fəaliyyəti möhkəmləndirir. Mənfi ustanovkalar olduqda emosiyalar dağıdıcı, zəiflədici təsir göstərir. Situasiyaya münasibətdə gözləmə konkret şəraitdən asılı olaraq dəyişə bilər, lakin fərdin nikbin və ya bədbin ustanovkasını əks etdirən situasiyanın məzmunundan asılı olmayaraq gözləmənin bəzi formalarını ayırd etmək olar.
Fərdin gözləmələri stresslə bağlı tədqiqatlarda mərkəzi yerlərdən birini tutur. Fəaliyyətin nəticələri nə münasibətə görə onları 3 qrupda birləşdirmək olar: fəaliyyətin rəğbətlənməsini gözləmə, cəza gözləməsinin artması, fəaliyyətin nəticəsinə şəxsi təsirinin olmasını gözləmə.
Fəaliyyətinin nəticələri üzərində nəzarəti itirən fərdin motivasi- yası aşağı düşür, qeyri-müəyyənlik və qorxu hissləri yaranır, bununla belə “peşəkar yanma” fenomeninin ilkin əlamətlərinin inkişafı üçün zəmin yaranır. Fərdin ǝtrafina istər qısa müddət, istərsə də uzun müddət ərzində nəzarət edə bilməməsi nəticəsində passivlik və “vərdiş edilmiş köməksizlik” təzahür edir. Gündəlik davranışda insan stressogen situasiyaların qarşısını almaq üçün effektli üsulları o vaxta qədər axtarır ki, nəhayətdə, bu üsulların səmərəsizliyinə əmin olur, yəni «bu situasiyadan çıxış yolu yoxdur» nəticəsinə gəlir.
Tələbələrin psixi sağlamlığına təsir göstərən amillərdən biri də tələbənin öz fəaliyyətinin nəticələrindən nə dərəcədə məmun qalmasıdır. Məqsədin şüurlu seçilməsi və nail olma imkanlarının müsbət qiymətləndirilməsi özünütənzimləmə prosesində həlledici rol oynayır. Hətta manelərin olduğu bir şəraitdə seçilmiş məqsədlərin həyata keçirilməsinə inam artır, yəni söhbət insanın öz fəaliyyətinin nəticələrinə təsir göstərməsi mexanizmindən gedir. Məqsədin və ona nail olma vasitələrinin müəyyənləşdirilməsi imkanları dərk olunduqda stressə davamlılıq artır və stressin qarşısının alınması üçün daha konstruktiv yollar ortaya çıxır. Situativ konsepsiyalar müəllifi Tomasa görə, «<əgər insan situasiyanı özü üçün real kimi dərk edirsə, həmçinin onun həlli yolları və bundan irəli gələn nəticələri dərk edir. Əksinə, fərd öz işinin yüksək nəticə verməyəcəyinə əmin olduqda isə gərgin situasiyalarda koqnitiv proseslərin işində maneələr yaranır. Məsələn, imtahan situasiyalarında tələbənin özünə əmin olmaması hafizə və təfəkkürdə kilidlənmə yaradır. Fərdin öz fəaliyyətinin nəticələrini subyektiv surətdə qiymətləndirməsi psixoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Seliqman «Vərdiş edilmiş köməksizlik» nəzəriyyəsində də bu fikir əsas götürülür. Belə ki, fərd müəyyən əhəmiyyət kəsb edən situasiyaların nəzarət altında olmamasına ümidlidir. Bu zaman fərddə mənfi emosiyalar yaranır, belə ki, bu gözləmələr əvvəlki neqativ təcrübə ilə bağlı olur və möhkəmlənmiş xarakter daşıyır. Məhz bu hərəkətlərin qavranılması fikri, emosional və motivasion proseslərin gedişinə təsir göstərir, yəni stressin qarşısının alınmasının mühüm tənzimedici mexanizmlə rindən birinə çevrilir. Müxtəlif situasiyalarda insanın öz hərəkətlərinin effektivliyini qiymətləndirməsi sabit şəxsiyyət keyfiyyətlərindən deyil, daha çox situasiyanın məzmunundan asılıdır. Şəxsiyyətin fəallığı situasiyadan situasiyaya dəyişir və onun sabit xüsusiyyətlərindən az dərəcədə asılı olur.
Fardin fəallığının effektivliyi konsepsiyası ilə gözləmə nəzəriyyələri qarşılaşdırılarkən qeyd etmək lazımdır ki, öz hərəkətlərinin effektivliyi haqqında təsəvvürlər davranışa nisbətdə gözləmələrlə üst-üstə düşmür. Xüsusən bu elə subyektin özündən asılı olmayan və ya qismən asılı olan situasiyalarda baş verir. Effektivliklə gözləmə arasındakı fərq: birinci, subyektin situasiyanın öhdəsindən necə gəlǝcəyini iddia etmək, ikincisi isə situasiyanı həll etdiyi üçün mükafatlandırılacağını təsəvvür etməkdən asılıdır. Çətin smituasiyaların effektli həllində mühüm rol oynayan amil «qratifikasiya böhranı»dır. Sağlamlıq psixologiyasında «qratifikasiya böhranı>> hadisəsi fərdin öz fəaliyyətinin nəticələrindən narazılığının artması, gücsüzlüyə, xəyal qırıqlığına, frustrasiyaya və s. səbəb olan hadisə kimi nəzərdən keçirilir. «Qratifikasiya böhranının səbəbini göstərilmiş səylə alınmış mükafat arasındakı ziddiyyətdə axtarmaq lazımdır. «Qratifikasiya böhranı» modelini yüksək enerji sərfiyyatı ilə aşağı qiymətləndirmə arasında ziddiyyət kimi təqdim etmək olar (Şəkil 1). Şəkil. 1. Qratifikasiya böhranı modeli (Siegrist, 1966). Bu modeldən göründüyü kimi insanın göstərdiyi say ilə aldığı mükafat arasında yaranan ziddiyyət əhval-ruhiyyənin aşağı düşməsinə, psixosomatik xəstəliklərin yaranmasına səbəb olur, yəni fərdin psixi sağlamlığının pisləşməsinə səbəb olur. Bu cür situasiyadan çıxış fərdin sosial statusunun qalxmasında, daxil olduğu qrup tərəfindən tanınması və təqdir edilməsi yolu ilə ila identifikasiyanın kifayət səviyyədə olmaması da stress yaradır. Bəzən tələbə mühiti yad, düşmən mühit kimi qavranılır. Xüsusən də bu I kurs tələbələrində nəzərə çarpır. Onlar məktəb tələblərindən fərqli tələblərlə üzləşirlər. Bu cür hallar xüsuson regionlardan, başqa ölkələrdən gəlmiş, ailəsindən, evindən ayrılmış, həyatın yeni şəraitinə çətinliklə uyğunlaşan tələbələrdə daha çox rast gəlinir.
Fəaliyyət mühiti ilə identifikasiya olunma mexanizmlərindən biri <<kongerentlik hissidir. Antonovskinin psixi sağlamlıq konsepsiyasında öz əksini tapmışdır. Müəllifin konsepsiyasına görə konqerentlik hissi problemli situasiyaların həll olunması imkanlarının müsbət qiymətləndirilməsi, onun qarşısının alınması üçün effektiv üsulların işlənilməsi, müsbət həyat ustanovkası ilə bağlıdır. Kongerentlik hissi 3 komponentdən ibarətdir:
1.situasiyanın başa düşülməsi onun sonrakı inkişafının proqnozlaşdırma üsulu kimi.
2.stressogen situasiyaların qarşısının alınması bacarığı, situasiyanın gedişatının nəzarət altında olmasını dərk etməsi fərdin şəxsiyyət və sosial kompetentliyinin təzahürüdür.
3.situasiyanın əhəmiyyətinin və mənasının yaşanması, yəni özmümkündür. Tələbə stressinin törədən səbəblər araşdırılarkən çox vaxt belə bir fikir qeyd olunur ki, tələbə mühiti ila identifikasiyanın kifayət səviyyədə olmaması da stress yaradır. Bəzən tələbə mühiti yad, düşmən mühit kimi qavranılır. Xüsusən də bu I kurs tələbələrində nəzərə çarpır. Onlar məktəb tələblərindən fərqli tələblərlə üzləşirlər. Bu cür hallar xüsuson regionlardan, başqa ölkələrdən gəlmiş, ailəsindən, evindən ayrılmış, həyatın yeni şəraitinə çətinliklə uyğunlaşan tələbələrdə daha çox rast gəlinir.
Fəaliyyət mühiti ilə identifikasiya olunma mexanizmlərindən biri <<kongerentlik hissidir. Antonovskinin psixi sağlamlıq konsepsiyasında öz əksini tapmışdır. Müəllifin konsepsiyasına görə konqerentlik hissi problemli situasiyaların həll olunması imkanlarının müsbət qiymətləndirilməsi, onun qarşısının alınması üçün effektiv üsulların işlənilməsi, müsbət həyat ustanovkası ilə bağlıdır. Kongerentlik hissi 3 komponentdən ibarətdir:
- situasiyanın başa düşülməsi onun sonrakı inkişafının proqnozlaşdırma üsulu kimi.
- stressogen situasiyaların qarşısının alınması bacarığı, situasiyanın gedişatının nəzarət altında olmasını dərk etməsi fərdin şəxsiyyət və sosial kompetentliyinin təzahürüdür.
3.situasiyanın əhəmiyyətinin və mənasının yaşanması, yəni öz həyatını tam mənalı, əhəmiyyətli qavraması, çətin situasiyaların həllinin aktiv axtarılmasına gətirib çıxarır.
<«<Konqerentlik hissi» stressin qarşısının alınma mexanizmi kimi mühitlə uyğunlaşma prosesinə qoşulur, fərdin fəaliyyətinin uğurlu olacağı ilə bağlı müsbət gözləmələrinin formalaşmasına təsir göstərir, öz imkanlarından səmərəli istifadəyə zəmanət verir və bununla psixi sağlamlığın qorunmasına təsir göstərir.
Aparılmış tadqiqatlar nəticəsində stressogen situasiyaların qarşısının alınması strategiyalarının bir neçə əsas forma ayırd edilir: problemə münasibətdə məsafə saxlamaq; özünənəzarət; sosial dəstək axtarışı: problemin həllində məsuliyyəti öz üzərinə götürmək; çətin problemli situasiyaların həllindən qaçmaq; öz hərəkətlərini planlaşdırmaq; problemli situasiyanın əhəmiyyətini yenidən qiymətləndirmək.
Sadalanan strategiyalar içərisində sosial dəstək əsas yerlərdən birini tutur. Ümumi halda sosial dəstək dedikdə, çətin situasiyalarda mühitin fərdə göstərdiyi hər cür kömək nəzərdə tutulur. Bura ilk növbədə problemli situasiyalar, stress situasiyaları, böhranlı həyat hadisələri və s. aiddir.
Sosial dəstəyin 3 əsas elementi var: 1) emosional yardım: qarşılıqlı anlama, empatiya, müsbət rəğbətləndirmə; 2) problemin həllində kömək: a) vasitəsiz: işi kimə görəsə yerinə yetirmək, b) vasitəli: problemin həllində kömək, problemin birgə təhlili, digər tərəfdən tələbat və arzu olarsa, məsləhət və informasiya vermək; 3)konkret şəxslər tərəfindən sosial dəstək təhlükəsizlik hissinə zəmanət verir, fərdin aktivliyini şərtləndirən çətin situasiyaların yaşanmasından yayınmağa imkanı verir (10, s. 477).
Yaxın ətrafdakı adamlar tǝrǝfindən sosial dəstək müxtəlif formalar ala bilər: məsləhət, zəruri informasiya, emosional yaşantılar, söhbətlər, qarşılıqlı işi ehtiva edir. Dəstəklənmənin müxtəlif növlərindən danışmaq olar: formal və qeyri-formal. Formal sosial dəstək tələbə fəaliyyətinin təmin olunmasına yönəlmiş müəyyən tədbirlərdən ibarətdir: kitabxana, təqaüd, kuratorlar və s. Stress və psixi sağlamlıq problemi çərçivəsində ön plana qeyri-formal sosial dəstək çıxır. Bura hər şeydən əvvəl tələbələrin özləri tərəfindən, müəllimlər tərəfindən dəstək daxildir.
Peşəkar fəaliyyətdə stress amillərinin tədqiqi göstərir ki, sosial dəstək sress situasiyalarının reduksiyalarından biridir. Kritik situasiyalarda sosial dəstək insanın psixi sağlamlığının zəruri psixoloji amili kimi göstərilir. Sosial dəstəyin kifayət qədər olmaması yadlaşma və fəaliyyətin nəticəsindən narazı olma hallarına gətirib çıxarır, frustrasiya və yanılma üçün mənbə rolunu oynayır. Sosial dəstəyin kifayət qədər olmaması yadlaşmadan özünə inamsızlığa qədər aparıb çıxarır. Effektiv fəaliyyətin amili kimi ətrafin qiymətləndirməsi və dəstəyi fərdin psixi salamlığının ən vacib zaminidir. Uğur gözləmək və ətrafdakılardan müsbət dəstək görmək müvəffəqiyyət motivasiyasını artırır, stressin qarşısının alınmasına dair effektiv strategiyaların formalaşmasına gətirib çıxarır, yəni fərdin psixi sağlamlığının qorunması və saxlanmasını şərtləndirir.
Ədəbiyyat:
- Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003.
- Əliyev B.H. Şəxsiyyətə yeni baxış./Elm XXI əsrin astanasında elmi-praktik konfransının materialları. Bakı: Renessans, 1998, s.
- Əliyev N.A., Adıgözəlova G.K. Cəmiyyətin psixi sağlamlığı problemlərinə müasirlik və islami mövqelardan baxış. // Azərbaycan Psixiatriya Jurnalı, №2(9) 2004, səh.7.
- Psixi sağlamlığın qorunması- na dair Avropa bayannaməsi // Azərbaycan Psixiatriya Jurnalı, Ne12, 2006, səh.7-17.
- Братусь Б.С.. Розовский И.Я., Цапкин В.Н. Психологические проблемы изучения и коррекции аномалий личности. М.: Московский Университет, 1988, с. 40.
6.Васильева О.С., Филатов Ф.Р. Психология здоровья человеka. М.:, Академия, 2001.
- Зубков А.Н. Очановский А.П. Хатхайога для начинающих, М.: Мед, 1991.
- Лакосина Н.Д., Ушаков Г.К. Учебное пособие по медицинской психологии. Л.: 1976.
- Практическая психология / Под ред. М.К. Тутушкиной. Санкт- Петербург: Дидактика Плюс, М.: 1997, с. 294.
- Психология здоровья / Под ред. Г.С. Никифорова СПб: Питер, 2003.
- Психологический словарь. Под ред. Петровского. 1990.
- Хухлаева О.В. Основы психологического консуль
Müəllif: Eksperimental psixologiya ETL-in kiçik elmi işçiləri Sadıqova Z., Mirzayeva S.S