Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” Dövlət Proqramı çərçivəsində Təhsil Nazirinin 13.03.2007 tarixli 207 saylı əmrinə əsasən “İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onlarla spesifik iş formalarının müəyyənləşdirilməsi istiqamətində tədqiqat nəticələrinin sınaqdan keçirilməsi” üçün müəyyənləşdirilmiş pilot məktəblərdə tədbirlər planlaşdırılmış və həyata keçirilmişdir. Bunun üçün həm də istedadlı uşaqlarla iş sahəsində uzun müddət və geniş şəkildə tədbiq edilərək özünü doğrultmuş sorğular, testlər, metodikalar və s. sınaqlarda tətbiq edilmək üçün uyğunlaşdırılmışdır. Bu vasitələrlə uşaqların yaradıcılıq potensialı, xüsusi qabiliyyətləri, ümumi intellekt səviyyələri, intellekt strukturunun formalaşma xüsusiyyətləri tədqiq edilmiş, istedadın aşkarlanması, dəstəklənməsi və inkişaf etdirilərək gerçəkləşdirilməsinin mühüm cəhətləri araşdırılmışdır. Bundan başqa tədqiqatda yüksək yaradıcılıq potensialına malik uşaqların təliminin təşkili üçün zəruri olan mühit amilləri də eksperimentə cəlb edilmişdir. Mǝqsədlərdən biri də şagirdlərin yaradıcılıq potensialının inkişaf səviyyəsini müəyyənləşdirmək, onun keyfiyyət tərkibini aydınlaşdırmaq olmuşdur. Bu məqsədlə yaradıcı təfəkkürün diaqnostikası testlərindən “Ümumi istedadın qiymətləndirilməsi metodikası” (Saven- kov), “Qeyri adi istifadə” (Averina, Şeblanova) [1, s.145], “Fiqurların tamamlanması” (Torrans). Ayzenkin “Ədədlər testi”, “Verbal test”, “Ümumi intellekt səviyyəsinin qiymətləndirilməsi” testlərindən və sorğularından, Ravenin proqresiv matrislərindən, Renzullinin “Davranış xüsusiyyətlərinin reytinq şkalasından”, Kettelin “Mədəniyyətin təsirindən azad test”indan, Binenin “Texniki təfəkkürün inkişaf səviyyəsinin qiymətləndirilməsi”
testindən [1, s.94]. Ovçarovanın “Uşaq kreativliyinin şəxsiyyət xüsusiyyətləri kimi öyrənilməsi” metodikasından, Yurkeviçin “İdraki tələbat səviyyəsinin müəyyənləşdirilməsi” anketindan [1, s.30-210], Losyevanın “İstedadlı uşaqların ayırd edilməsində ekspert qiymətləndirmələri metodikası”, Dorovskinin “Müəllimin istedadlı uşaqlarla işləmək meylinin qiymətlədirilməsi” metodikası, Yurkeviç və Çudnovskinin “İstedadlı uşaqlara münasibətdə müəllimin motivasiyasının və şəxsi ustanovkasının müəyyənləşdirilməsi” testindən, həllində yaradıcılıq tələb edilən riyazi və məntiq məsələlərindən ibarət test tapşırıqlarından və s.-dən istifadə edilmişdir. Əlavə olaraq ekspert (müəllim) qiymətləndirmələri üsulundan istifadə edilmiş, şagirdlərin bir-birilərini qiymətləndirmələri də nəzərə alınmışdır. Uşaqlarda yaradıcılıq xüsusiyyətləri müəyyəmləşdirilərkən müşahidələr əsasında onların fəaliyyətlərində əsasən aşağıdakı xüsusiyyətlər dəyərləndirilmişdir.
- Davranışların motivasiya aspektində: böyük maraqla ifadə olunan yüksək idraki tələbat və aludəçilik: fəaliyyətində, şəxsi təşəbbüsü ilǝ, verilən şərtlər çərçivəsindən kənara çıxma; müəyyən müəyyən bir fəaliyyətə intensiv meylin nəticəsi olan inadkarlıq və yüksək əməksevərlik; paradoksal, ziddiyyətli və qeyri-müəyyən informasiyaya güclü meyil, standart, tipik və hazır qərarlara və cavablara müqavimət; fəaliyyətin nəticəsinə yüksək tələbkarlıq, kamilliyə can atmaq; kifayət qədər çətin məqsədlər qoymaq va onlara nail olmağa ciddi cəhd göstərmək [2].
- Emosional sahədə emosional cavab reaksiyası və həyəcanlılıq səviyyələri fərqləndirilmişdir. Bu cəhətdən dəyərləndirilən əsas xüsusiyyətlər: realistik “Mən”- konsepsiyası; başqalarına hörmət hissi; insanlara empatik münasibət; tolerantlıq: özünüanalizə meyillik; tənqidə səbirli münasibət; ideyalar və maddiyyatla bölüşməyə hazır olmaq; tapşırığın yerinə yetirilməsində inadkar olmaq; təfəkkür müstəqilliyi; sağlam rəqabət; sǝmimi yumor hissi; öz gücünə inam; daxili motivasiya.
- İntellektual sahədə: fikrin itiliyi; müşahidəçilik; hərtərəfli maraq, fikrini aydın ifadə etmək; bildiklərini praktik tətbiq etmək qabiliyyəti; məsələ həllində fövqəlada qabiliyyət; asas anlayışların tezliklə mənimsənilməsi; fəaliyyət sahəsiylə bağlı yaxşı yaddaş: yüksək təhlil qabiliyyəti.
- Yaradıcı və məhsuldar təfəkkür baxımından: yüksək enerjililik; müstəqillik: qeyri-konformluq; konkret situasiya barədə çoxlu müxtəlif mülahizələr söyləmək; problemə və ya materiallardan istifadə məsələsinə müxtəlif ya naşmalar nümayiş etdirmək; orijinal ideyalar irəli sürmək və ya orijinal nəticələr əldə etmək; uzaq ideyalar arasında qeyri-adi assosiasiyalar yaratmaq; problemli halların duyulmasında həssaslıq; spontan planlaşdırılmamış və intuitiv hərəkətlər; tapşırıq üzǝrində yüksək və intensiv konsentrasiya nümayiş etdirmək; fikirlə rin ifadəsində sərbəstlik, bir çox hallarda radikallıq; təkrarçılıq və əzbərçiliyə müqavimət [6]. Aydındır ki, hər bir yaradıcı şəxsdə bu xüsusiyyəylərin yalnız bir hissəsi özünəməxsus şəkildə uzlaşmaqla təkrarsız bir istedad tazahürü formalaşdırır. Keçirilən sınaqlarının nəticələri, uşaqlarla aparılan müsahibələr, müşahidələr və diaqnostik testlərin nəticələri bu uşaqların böyük əksəriyyətinin həqiqətən istedadlı və yüksək qabiliyyətlərə malik olduqlarını tasdiq etdi. Tədqiqatın məqsədlərindən biri də şagirdlərin yaradıcılıq potensialının inkişaf səviyəsini müǝyyənləşdirmək, onun keyfiyyət və kəmiyyət tərkibini aydınlaşdırmaq olmuşdur. Bu məqsədlə “Ümumi istedadın qiymətləndirilməsi metodikası” əsasında sınağa cəlb edilən uşaqların maraqlılıq səviyyəsi, problemlərə yüksək həssaslıq, proqnozlaşdırmaq qabiliyyəti, söz ehtiyatı, dəyərləndirmə qabiliyyəti, ixtiraçılıq, məntiqi mühakimə, inadkarlıq, perfeksionizm – fəaliyyət məhsullarına tələbkarlıq keyfiyyətləri qiymətləndirilmişdir. Bu sınaqdan əldə edilmiş nəticələr yaradıcı təfəkkürün diaqnostikası testlarindən – “Qeyri adi istifadə”, “Fiqurların tamamlanması” və həllində yaradıcılıq tələb edilən riyazi və məntiq məsələlərdən ibarət test tapşırıqlarından alınan nəticələrlə də müsbət korrelyasiya olunaraq təsdiqlənmişdir.
Tədqiqat zamanı müəyyənləşdirilmiş sınaq və nəzarət qruplarında aparılan müəyyənləşdirici eksperimentin nəticələri əsasında hər iki qrupun uşaqlarının fərdi nəticələri yuxarı, orta və aşağı kreativlik səviyyəsinə görə qruplaşdırılmışdır. Eksperiment zamanı müəyyən edildi ki, qruplar arasında yuxarı, orta və aşağı səviyəli kreativlərin sayı təqribən bərabərdir və bu səbəbdən də hər iki qrupda yaradıcılıq potensialının orta göstəricisi təqribən eyni olmuşdur. Hər bir qrup daxilində isə yuxarı, orta və aşağı səviyyəlilərin say nisbəti nəzəri tədqiqatlar nəticəsində müǝyyən edildiyi kimi sola meyllənmiş
“zǝncvari ǝyri” qrafikinə uyğun olmuşdur. Sola meylin əsas səbəblə rindən biri mövcud təlim şəraitində yüksək potensiallı şagirdlərin təfəkkür təlabatlarının dolğun şəkil də ödənilməməsi, onların yaradıcılıq potensialının aşağı səviyyədə və birtərəfli gerçəkləşdirilməsidir [5].
Hər iki qrupda eksperimentin əvvəlindən maraq səviyyəsinin digər göstəricilərə nisbətən yüksək, ixtiraçılığın və proqnozlaşdırmanın isə aşağı olduğu diqqəti cəlb edir. Deməli, bu uşaqlarda yüksək motivasiya olduğu halda fəaliyyət
üçün zəruri qabiliyyət və bacarıqların hələ formalaşmadığı müşahidə edilir. Bu da nəzəri araşdırmalarda hipotetik olaraq irəli sürülən mülahizələri təsdiq edir və hazırkı durumda məktəb təliminin istedadlı uşaqların təlim maraqlarına tam cavab vermədiyini göstərir [3].
Təlim prosesində eksperimental qrupda mümkün qədər sərbəstlik, təşəbbüskarlıq taqdir edilir, uşaqlar yaradıcılığa rəğbətləndirilirdi. Məsələnin bir həll variantı tapıldıqdan sonra başqa bir həll variantı təklif edilməklə müxtəlif həllərin ola biləcəyi fikri onlara təlqin edilirdi. Bu hal bir qədər davam etdikdən sonra artıq uşaqlar özləri məsələlərin fərqli hall variantlarının, daha çox orijinal həllərinin tapılmasına maraq göstərir, evdə sinifdə edilən məsələlərin digər həllərini tapmağa cəhd edirdilər. Növbəti dərsdə yeni həlləri qürurla bəyan edir və müzakirələr aparırdılar. Bir qədər sonra uşaqlar özləri məsələlər qurmağa başladılar. Çox maraqlı məsələlər tərtib olunurdu. İstedadlı uşaqların yaradıcılığa sövq edilməsi çox tezliklə öz bəhrəsini verir. Nəticədə mümkün olan hallarda uşaqlar belə məsələlərin 3-4, bəzən daha çox hall variantların tapırdılar. Bu amil isə divergent təfəkkürün-kreativliyin əsas xüsusiyyətidir [4]. İstedadlı uşaqlar üçün səciyyəvi hallardan biri də məsələlərin ilkin şərtinin dəyişdirilməsidir. “Metropol”un məntiq məsələlərində çoxseçimli (bir qayda olaraq 5 ǝdǝd) cavab variantları (distraktor) təklif edilir. Burada uşaqlara bəzən distraktorlarda dəyişiklik etməyə və məsələnin daha orijinal hǝll variantları üzərində düşünmək təklif edilmişdir. Bu hallarda da uşaqlarda xüsusi canlanma və maraq müşahidə edilirdi. Variantlar təklif edilməyəndə uşaqların diqqəti mümkün hallara yönəldilirdi. Bir müddətdən sonra artıq uşaqlar da bu işlə həvəslə məşğul olmağa başladılar və məsələlərin bir qismində distraktorların dəyişdirilməsi ilə daha maraqlı həlləri olan məsələlər qrupunu müəyyənləşdirdik.
Sınaq qruplarında uşaqlara maraqlı məsələlər tapıb gətirmək tapşırılmışdır. Kimin gətirdiyi məsələni 1 dəqiqə ərzində qrupdan heç bir kəs həll etməzsə ona mükafat vəd edilmişdi. Burada həm də o məqsəd güdülürdü ki, uşaqlar sürətli düşünsünlər. Nəzərə alınırdı ki, sınaq və imtahanlarda hər bir məsələyə orta hesabla 1 dəqiqə vaxt nəzərdə tutulub. Bu hal məsələlərin asanlığı ilə deyil, sınanaların səviyyəsinə verilən yüksək tələblə şərtlənir. Yeri gəldikdə uşaqlara məsələlərə dair bir-birilərinə suallar, izahatlar verməyə, məsləhətləşmələr aparmağa icazə verilirdi. Nəticədə uşaqlarda ünsiyyətcillik inkişaf edir, izah etmək, qısa və lokonik şərhlər vermək qabiliyyəti formalaşırdı. Nəzarət qurupunda isə uşaqlar əsasən müəllimlə ünsiyyətdə olur və bütün sualları müəllimə yönəldirdilər.
Keçirilən test sınaqlardan sonra sınaq qrupunda uğursuzluqların səbəbləri müzakirə edilir, uşaqlara çətinlik törədən məsələlərin həlli izah edilir, səhvlə nəticələnən və ya nəticəyə gətirib çıxarmayan həll strategiyalarının seçilməsi səbəbləri müzakirə edilir, onlara tənqidi münasibət bildirilirdi. Başqa sözlə, refleksiya keçirilirdi. Nəzarət qrupunda isə uşaqlara sadəcə olaraq düzgün həllər təklif edilir, “qaranlıq qalan məqamlar izah edilirdi. Sınaq qrupunda uşaqlar sinifdə tez-tez qruplara bölünür və onlara qrup halında sürətlə həll edilmək üçün 8-10 çalışmadan ibarət tapşırıqlar verilirdi. Bu zaman onlar sürətlə iş bölgüsü etməli, kimlər hansı çalışmaları öhdələrinə götürəcəklərini müəyyənləşdirərək həllə başlamalı və öz “payını” tez qurtaran başqasına da yardım etməli olurdu. Rəqabət hissi çox güclü olduğundan bu proses çox gərgin keçirdi. Qruplar bəzən tapşırığı başa çatdırmadan və ya həlli tamamlamadan qurtardıqlarını elan edirdilər. Seçmə yolla tapşırıqların həlli digər qruplar tərəfindən soruşulanda fikri uzadaraq fikirləşməyə vaxt qazanmağa çalışırdılar. Belə olduqda çox emosional mübahisələr, “ayırdetmələr” baş verir, bəzən də yol verilə bilən kəskin ifadələr işlədilir, əsəblər son dərəcə gərilirdi. Adətən sakit və təmkinli davranışı ilə fərqlənənlər bu prosesdə tanınmaz olur, hətta bəzən aqresivlik də nümayiş etdirirdilər. Belə vəziyyət- lərdə bir çox istedad konsepsiyalarında qeyd edilən bir hal tamamilə təsdiqlənirdi [2]. Belə ki, digərlərinə nisbətən daha yüksək yaradıcılıq potensialı nümayiş etdirənlər bu yarış gərginliyində sanki iştiraksız qalır, başqalarının çılğın sərt reaksiyalarını anlaşılmazlıqla,
çaşqınlıq dolu bir təbəssümlə qarşılayırdılar. “Saxtakarlıq” halları onlarda müşahidə edilmirdi. Əksinə, bir çox hallarda öz tərəfdarlarını “pis vəziyyətdə” qoymaqla, səmimi etiraflar edir, mübahisəli məsələləri rəqib tərəfin xeyrinə həll olunmasına nail olurdular. Bu halarda nəyin hesabına olursa olsun qalib gəlmək mövqeyi qızlarda daha çox müşahidə edilirdi.
Tapşırıqlar fərdi şəkildə veriləndə uşaqlarda diqqətin yüksək şəkildə təmərküzləşməsi, fəaliyyətə aludə olaraq, bir müddət ətrafdan “təcrid olunma” halları aşkar müşahidə edilirdi. Fərdi qaydada yarış şəraitində mübahisəli hallar və “saxtakarlıqlar” uşaqların heç birində müşahidə edilmirdi. Yüksək yaradıcılıq tələb edən məsələlərin həllində xüsusilə fərqlənən uşaqlarda harmonik inkişaflı istedadlılara aid əksər xüsusiyyətlər aşkar müşahidə edilirdi [2]. Müxtəlif şəraitlərdə aşkar müşahidə edilən yüksək intellektual səviyyə, dayanıqlı pozitiv şəxsiyyət keyfiyyətləri, yüksək motivasiya, maraqlarına uyğun fəaliyyətə aludəçilik, rasional tənqidi təfəkkür, biliyin əhatəliliyi bu uşaqların hər birinə xas olan xüsusiyyətlər idi. Bəzi uşaqlar psixi proseslərin çox sürǝkliliyi ilə də fərqlənirdilər. Əməliyyatları sürətli və demək olar ki, səhvsiz edirdilər. Başqalarının təklif etdikləri həll variantlarını tez dəyərləndirir, səhvə yol verilmişsə onu dərhal tapır və bəzən bu səhvin nədən qaynaqlandığını da izah edirdilər. Bütün deyilənləri ümumiləşdirdikdə görürük ki, istedad konsepsiyalarında yüksək yaradıcılıqla əlaqələndirilən əksər xüsusiyyətlər bu uşaqların fəaliyyətində tam aydınlığı ilə müşahidə edilməklə, bir tərəfdən nəzəri fikirlərin doğruluğunu, digər tərəfdən də bu uşaqların həqiqətən yüksək yaradıcılıq potensialına malik olduqlarını təsdiqləyir.
Ədəbiyyat:
- Bəylərov E.B. İstedadın psixoloji diaqnostikası, “Aspoliqraf”, 2008, 300 s.
- Bəylərov E.B. Uşaqlarda
istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi. İstedadın işçi konsepsiyası. Bakı: “Təhsil”, 2008, 224 s. - Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi / Monoqrafik tədqiqat: Bakı: Təhsil, 2008, 134 s.
- Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Pedaqoji məsələlər: esselǝr, etüdlər. Bakı: ADPU, 2005, 352 s.
- Панов В.И. Проблема одаренности и одаренные дети как проблема // Одаренность и одаренные дети: обучение и раз Панов В.И. Проблема одаренности и одаренные дети как проблема // Одаренность и одаренные дети: обучение и раз
- 6.Матюшкин А.М. Одаренность, творческость, развитие //Одаренность и одаренные детиобучение и развитие. Астана: Дарын-2006. с. 17-25.
Müəllif: AMEA-nın müxbir üzvü, professor Əliyev B.H, TPİ-nin şöbə müdiri, dosent Bəylərov E.B.