Yanvarın 28-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin 2-ci qrupu üçün növbəti CANLI dərsi baş tutub.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova iştirakçılara “Montessori yanaşması”, “İnkişaf psixopatologiyası”, “Cinsi inkişaf və cinsi təhsil”, “Uşaq inkişafında klinik texnikaların tətbiqi”, “Üstün zəkalı uşaqların inkişafı və təhsili” mövzularında məlumat verib.
Daha sonra uzman-klinik psixoloq Narınc Rüstəmova iştirakçılarla müzakirələr aparıb, onların fikirlərini dinləyib və suallarını cavablandırıb.