“Təhsildə psixoloji xidmətin əsasları” kitabı 4-cü dəfə çap olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq Mələk Allahverdiyevanın həmmüəllifi olduqları “Təhsildə psixoloji xidmətin əsasları” kitabı 4-cü dəfə çap olunub.

Kitabda psixoloji xidmətin təşəkkülü tarixinə, müasir vəziyyətinə, məktəbəqədər və məktəb yaşının tətbiqi imkanlarına, problemli uşaqların inkişafı və reabilitasiyası prosesində kreativ metodların tətbiqinə xüsusi diqqət yetirilib, eləcə də təhsil siyasətinin aktual problemləri normativ-hüquqi sənədlər əsasında xronoloji səpkidə verilib.Vəsait təlim-tərbiyə müəssisələrinin rəhbərləri, müəllim və tərbiyəçilər, məktəb psixoloqları, metodistlər üçün nəzərdə tutulub.

Kitab 5 fəsildən ibarətdir.

1. Azərbaycanda psixoloji xidmətin yaranması tarixi və təşəkkülü

2. Təhsildə psixoloji xidmətin təşkili məsələləri

3. Məktəb psixoloqunun fəaliyyət sahələri

4. Psixoloji xidmətin təşkilində məktəb psixoloqunun sənədləri

5. Məktəb psixoloqunun praktik fəaliyyətində nəzərdə tutulan test, sorğu və anketlər.

Son məqalələr

Online Qeydiyyat