Gecə qorxusu – uşağın gecənin istənilən vaxtında oyanması, ətrafını dərk edə bilməməsi, yuxuda nəsə görürmüş kimi danışıb ağlaması, ünsiyyətə qapanması kimi müəyyən edilir. Bu, bir neçə dəqiqədən dörddə bir saata qədər çəkə bilər.
Uşaq özünə gələndən sonra heçnə xatırlamaya bilər. Bunun gecə terroru adlandırılmasının səbəbi, gecə yaşanan qorxulu, xaotik va mürəkkəb emosional davranışın olmasıdır.
Gecə qorxusunun dörd asas səbəbi var:
1.Yuxu apnesi
Yuxu apnesi burun keçidi problemlərindən biridir. Bu, adenoidin nəfəs borusunu maneə törətdiyi va insanın yuxu zamanı nəfəs ala bilməməsi vəziyyətidir. Orqanizm tənəffüs yolunun bağlanması ila qarşılaşdıqda, bu vəziyyətdən çıxmaq üçün təcili olaraq insanı yuxudan oyatmağa va oyaq vəziyyətdə oksigen qəbulunu davam etdirməyə çalışır. İnsan həmin an cismən yuxudan oyanmış va ya çarpayıda oturmuş kimi görünsə də, hələ də ruhən oyanmış sayılmaz.
Odur ki, gecə qorxusu olan insanla danışsanız belə, insanın verəcəyi cavablar real hayatın cavabları deyil, içində olduğu xəyallar aləmindən gətirdiyi cavablardır.
2.Dərin yuxu
Bəzi uşaqların yuxusu çox dayaz olur. Onlar adicə çıt səsi ilə da oyana bilar. Bəzi uşaqlar isə dərin yuxuya gedirlər. Dərin yuxu problemi olan uşaqlarda tez-tez altına islatma göründüyü kimi gecə qorxuları ila da qarşılaşmaq mümkündür. Yuxu apnesində olduğu kimi uşağın kabus gördüyü zaman oyanmağa ehtiyacı olur,narahatlığı onu fiziki olaraq oyanmağa məcbur etsə də, ruhi olaraq oyanmamaq vəziyyati uşaqda gecə qorxularının yaranmasına sabab olur.
Dərin yuxu çox vaxt genetik olaraq valideyndən uşağa keçə bilən bir vəziyyətdədir. Bundan əlavə, həddindən artıq yorğunluq, xəstəlik va narkotik istifadasi səbəbiylə oyanmamaq vəziyyəti, Dərin yuxu problemlərinə səbəb olmasa da, gecə qorxularını tətikləyə bilər
3. Travmatik hadisə
Usağın gündalik hayatda qarşılaşdığı hadisələr, baxdığı filmlər, anlaya bilmədiyi qeyri-müəyyənliklər, ölüm, təcavüz, zəlzələ kimi gözlənilməz hadisələr gecə qorxularını yarada bilar. Uşaq, gündüz yaşadığı hadisələri kabus kimi deyil, beyin hüceyrələrinin qoruyucu tədbiri va ya șüuraltının oyanması kimi yaşadıqda gecə qorxusu baş verir.
4.Təhlükəsiz bağ zəifliyi
Gecə qorxuları, uşağın emosional və etibarlı şəkildə bağlana bilmədiyi 0-4 yaş dövründə tez- tez rast gəlinir. Çünki belə uşaqlar adətən hündür yerdən düşərkən xilaskarın olmaması ilə, qorxulu kabus ilə oyanır.
Ananın yoxluğunda, uşağın ana üçün emosional yaxın əvəzedici ilə əlaqə qura bilməməsi uşağın bu vəziyyətinin əsas səbəbidir.
Gecə qorxusu olan uşağa necə davranmalı?
Gecə qorxusu olan uşağı silkələmək, üzünə su atmaqla oyatmaq düzgün olmayan bir üsuldur. Uşağı zehni olaraq oyandıra bilməsə də, fiziki cəhətdən zorla oyatmağa çalışmaq, psixoloji pozuntuya qədər çata biləcək problemlərə səbəb ola bilər. Gecə qorxusu olan uşağa yalnız əli ilə toxunmaq, ona təsəlli vermək üçün əlini ovucuna almaq, onu qucaqlamaq va sakit səslə “mən buradayam, səninləyəm” demak ən doğru üsuldur .Uşağa oyanmazdan əvvəl su içirtmək, damağı dartmaq, șillə vurmaq yanlış üsullardır. Uşaq oyandıqdan sonra ona sakitlik lazımdır. Ona görə da baş verənləri sizinlə danışdırmağa çalışmaq uşağı yoracaq. Bir yerdə qucaqlaşıb rahat yatmaq onun üçün yaxşıdır.
Gecə terrorunun özü deyil, mənşəyi həll edilməlidir. Gündüz təsirləri aradan qaldırılmalı, ana-uşaq bağı (təhlükəsiz bağ) gücləndirilməli, yuxu apnesi varsa həkim dəstəyi axtarılmalıdır. Dərin yuxu problemi isə zamanla keçəcək.
Ani gecə qorxuları çox vaxt gündəlik hadisələrin nəticəsidir.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun VII Könüllü fəaliyyət proqramının üzvü Ləman Məmmədli