Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun növbəti dərsi baş tutub

Martın 5-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Dos.Dr. Seydi Ahmet Satıcı tərəfindən Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun növbəti dərsi tədris edilib.

Dos.Dr.Seydi Ahmet Satıcı kurs iştirakçılarına tədqiqat elementlərini təyin etdikdən sonra meyarlara əsasən analiz növlərinin seçilməsi metodlarından danışıb. Daha sonra t-testi və anova analiz metodlarının istifadə edilmə qaydaları, bu metodlara əsasən analizin aparılması qaydalarının izahını verib.

Dos.Dr.Seydi Ahmet Satıcıya təşəkkür edirik!

Son məqalələr

Online Qeydiyyat