31.03.2023-cü il, saat 20:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və İnstitutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında Microsoft Teams platforması üzərindən “Ailə Psixologiyası” ilə bağlı Simpozium həyata keçirilib.
Simpoziumda Mətanət Əliyeva iştirakçılara “Ailə tipləri”, “Ailə tiplərinin uşaqlara təsiri”, “Valideyn-uşaq münasibətləri” mövzularında məlumat verib. Daha sonra psixoloq Ülviyyə Nəhmətova “Valideyn-uşaq münasibətləri”, “Övladlarınızı daha yaxşı necə tanıya bilərsiniz?”, “Uşaqları anlamaq üçün psixoterapiya texnikaları” mövzularında danışıb.
Sonda hər iki mütəxəssis iştirakçıların suallarını cavablayıb.
Zəngin bilik və təcrübələrini bölüşdüklərinə görə Mətanət Əliyeva və Ülviyyə Nəhmətovaya təşəkkür edirik.