07.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.
Təlim institutunun əməkdaşı, psixoloq Ülkər Zalova-Nuriyeva və klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən aparılıb. İki qrupdan ibarət məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Ülkər Zalova-Nuriyeva “Diqqət əksikliyi və hiperaktivlik pozuntusu” mövzusunu tədris edib.
İkinci qrup məktəb psixoloqlarına klinik psixoloq Mələk Allahverdiyeva “Uşaqlarda tematik qavrama testi” mövzusunu tədris edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.