08.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.
Təlim institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova tərəfindən aparılıb. Məktəb psixoloqları heyətinin iştirakçıları üçün psixoloq Ülviyyə Nəhmətova “Uşaq və yeniyetmələrdə özgüvən çalışmaları” mövzusunu tədris edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.