17.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.Təlim institutun əməkdaşları, psixoloq Ülkər Zalova-Nuriyeva və klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən aparılıb. Məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Ülkər Zalova-Nuriyeva “Zəif nəticə göstərən və üstün zəkalı uşaqlar” və klinik-psixoloq Mələk Allahverdiyeva “Qısa Simptom şkalası” mövzusunu tədris ediblər.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.