“MEDİAlab” layihəsi çərçivəsində silsilə təlimlər davam edir

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün “MEDİAlab” layihəsi çərçivəsində silsilə təlimlər davam edir.Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloq Elnur Rüstəmov tərəfindən “Emosional zəka” mövzusunda təlim təşkil olunub.Təlim müddətində emosional zəka anlayışı, onun yaranma tarixi, özünü dərk etmə, İQ VƏ EQ arasında əlaqə kimi mövzulara toxunulub. Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, gənclərin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.

Mənbə: https://media.gov.az/kommunikasiya/580-MEDIAlab-layihesi-cherchivesinde-silsile-telimler-davam-edir.html

Son məqalələr

Online Qeydiyyat