İclasda institutun yaradılmasının 5 illiyi ilə bağlı tədbirlər planı müzakirə edilib.
Eyni zamanda, institutun Beyin və Davranış Laboratoriyasının yaranmasının 1 illiyi ilə bağlı tədbirin keçirilməsi qərara alınıb.
Daha sonra yenidənhazırlanma təhsili üzrə görüləcək işlər, proqram müzakirə olunub.
Qeyd olunub ki, yenidənhazırlanma təhsili üzrə tədris planlaşdırılmış şəkildə davam edir.
İclasda həmçinin il ərzində hazırlanmış dərs proqramlarının əsas və seçmə fənlər olmaqla, iki kitabça şəklində çap olunması, eyni zamanda türkiyəli və yerli mütəxəssislər tərəfindən məktəb psixoloqları üçün hazırlanmış kitabın nəşr olunması haqqında təkliflər dinlənilib və bu istiqamətdə işlərin yekunlaşdırılması qərarlaşdırılıb.
Daha sonra şöbə müdirləri şöbələrin komplektləşdirilməsi və sənədlərin müvafiq qaydalar üzrə hazırlanması məsələsindən danışıblar və şöbələr üzrə elmi seminarların təşkili və keçirilməsi də planlaşdırılıb.