Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Seyyid-Zeynəb Əliyeva və institutun əməkdaşları interviziya həyata keçiriblər.
İnterviziyada hazırda aktual olan psixoloji pozuntular, ən çox rast gəlinən narahatlıqlar, müxtəlif psixoloji pozuntulara uyğun yanaşma, eyni zamanda terapevtik texnikaların seans gedişatına müsbət təsir etməsi barədə fikir mübadiləsi aparılıb.