«Aqressiya və yeniyetmələrin psixoloji sağlamlığı arasındakı əlaqədə bullinqin rolu ” mövzusunda araşdırma aparılıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları, klinik-psixoloq Narınc Rüstəmova, psixoloqlar Ülviyyə Nəhmətova və Mətanət Əliyevanın həmmüəllifi olduqları “Aqressiya və yeniyetmələrin psixoloji sağlamlığı arasındakı əlaqədə bullinqin vasitəçi rolu” (Mediating Role of Bullying in the Relationships Between Agression and Adolescents’ Resiliance) mövzusunda tədqiqat işinin məqaləsi beynəlxalq nüfuzlu elmi bazalarda indekslənən (ERİC, EBSCO və s.) “İnternational Education Studies” jurnalında dərc edilib.

Tədqiqatın məqsədi azərbaycanlı yeniyetmələr arasında zorakılığın, bullinqin aqressiya və psixoloji sağlamlıq arasındakı əlaqədə vasitəçi rolunu araşdırmaqdır.

Araşdırmada Azərbaycanın müxtəlif regionlarından olan 623 yeniyetmə iştirak edib və məlumatlar Buss-Perry aqressiya şkalası, İllinois bullinq şkalası və Qısa dözümlülük şkalası sorğularından istifadə etməklə toplanıb.

Məlumatları təhlil etmək üçün korrelyasiya və butstrep ( bootstrapping) istifadə edilib.

Nəticələr göstərir ki,  Azərbaycanda yeniyetmələrdə aqressiya və psixi sağlamlıq arasında qarşılıqlı əlaqə mövcuddur. Tədqiqatın nəticələrinə görəbullinq burada vasitəçilik rolunu oynayır. Bir sözlə, yeniyetmələrdə aqressiya və bullinq arasında düz, bullinq və psixi sağlamlıq arasında isə tərs asılılıq müəyyən edilib. Beləliklə də, yeniyetmələrdə aqressiya nə qədər yüksək olarsa, bullinqin artmasına təsir göstərər, bu isə psixi sağlamlığın zəifləməsinə səbəb olar.

Məqalə ilə daha ətraflı linkə keçid edərək tanış ola bilərsiniz.

https://ccsenet.org/journal/index.php/ies/article/view/0/49516

Son məqalələr

Online Qeydiyyat