Azərbaycan müəllimlərinin XVI qurultayı çox əlamətdar dövrdəkeçirilir. Birincisi, Ulu Öndər Heydər Əliyevin anadanolmasının 100 illik yubileyi dərin hörmət və ehtiramla qeydedildiyi 2023-cü ildə Azərbaycan müəllimlərinin XVI Qurultayının Ümummilli Lider Heydər Əliyevin 100 illikyubileyinə həsr edilməsi ən doğru qərardır. Çünki “HeydərƏliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarındanuğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyəqovuşdurmuş qüdrətli şəxsiyyətdir.
İkincisi, Azərbaycan Respublikası öz müstəqilliyini əldəetdikdən sonra ilk dəfədir ki, müəllimlərin qurultayıErmənistanın işğalına son qoyularaq ərazilərimizin bütövlüyü vəsuverenliyi tam təmin edildikdən sonra keçirilir. Qəbilədüşüncəli erməni tayfasının viran qoyduğu, amma azad edilərək”ağıllı şəhər” kimi yenidən qurulan Şuşada, Laçında, Fizulidə, Zəngilanda, Cəbrayılda yeni məktəblərdə şagirdlərimizmüəllimlərinin dəstəyi ilə yeni bilik, bacarıq və səriştələrəyiyələnirlər. Məcburi köçkün düşmüş bütün məktəblərimizmərhələli şəkildə Qarabağa və Şərqi Zəngəzura – doğma yurdaqayıdır. Gələn il isə azad Xankəndi şəhərində QarabağUniversiteti fəaliyyətə başlayacaq.
Böyük Qayıdışa dair I Dövlət proqramının icrasına 2024-cü ilindövlət büdcəsində 4 milyard manat vəsaitin ayrılması tezlikləazad edilmiş ərazilərin, cənab Prezidentin dediyi kimi, cənnətəçevriləcəyini göstərir.
Hər bir vətəndaş kimi müəllimlərin də ən böyük arzusu işğalaltında olan ata-baba yurdumuzun azad edilməsi idi. Şagirdlərinidə bu ruhda tərbiyə edirdilər. Və 44 Günlük Vətən müharibəsibaşlayanda müəllimlərimiz Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin komandanlığı altında silaha sarılaraq döyüşmeydanında geriyə bir addım belə atmadan öz şagirdləri iləçiyin-çiyinə qəhrəmanlıqla döyüşdülər. Ən böyük arzularınaçatdılar və Zəfər tarixini yazdılar. Onlardan 20 nəfər şəhidlikzirvəsinə ucaldı. Budur Azərbaycan müəlliminin siması! Eşqolsun Azərbaycan müəlliminə!
Bu mənada XVI Qurultayı müəllimlərin “Zəfər Qurultayı” daadlandıra bilərik.
Əminəm ki, iki gün davam edəcək Qurultayın panel iclaslarındamüəllimlərimiz işgüzar, qarşılıqlı əməkdaşlıq şəraitində səmərəlifikir mübadiləsi aparacaq, qabaqcıl təcrübələri təhlil edəcək vətəhsilin inkişafı üçün dəyərli təkliflərlə çıxış edəcəklər.
Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Müəllimlərin XI Qurultayında demişdi: “Bizim hər birimiz bütünnailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hərbirimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məndünyada müəllimdən şərəfli ad tanımıram”. Biz, müəllimlərimizə borcluyuk və onlara ən yüksək diqqət və qayğıgöstərilməlidir.
Təklif edirəm ki, Böyük Azərbaycan xalqını təhsilləndirənAzərbaycan müəlliminə verilən fəxri ad “Xalq Müəllimi” fəxriadı olsun.
Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Təhsil həyatımızınən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, millimənafelər əsasında qurulmalıdır”. Bu məqsədlərə xidmət edəntəhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə həyata keçirilməyə başladı. Tam əminliklə deyəbilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraquğurla həyata keçirilən təhsil siyasəti bu sahədə ciddi dönüş vəinkişafı təmin etmişdir.
Prezident İlham Əliyevin “maddi dəyərlərin, iqtisadi potensialıninsan kapitalına çevrilməsi” siyasətinə uyğun olaraq həyatakeçirilən təhsil islahatları, qarşıya qoyulan vəzifələrin ardıcılsurətdə həlli, təhsil sahəsində genişmiqyaslı dövlətproqramlarının icrası keyfiyyətli təhsil sisteminin yaradılmasınatəminat yaradır.
Azərbaycan təhsilində sistemli islahatların uğuru həm də busahəyə dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilə şərtlənir. Təhsilə ayrılan xərclərin həcmi ölkənin ümumi iqtisadiinkişafına uyğun olaraq son 20 ildə təqribən 10 dəfə artıb. 2024-cü il üçün təhsil xərclərinin 4549,9 milyon manata çatdırılmasıproqnozlaşdırılır.
Bu büdcə gələn il ali təhsilə əlçatanlığın genişləndirilməsinə(dövlət hesabına qəbul yerlərinin-10645 nəfər, təqaüdlərinartırılması-10284 nəfər və s.), peşə təhsilinin keyfiyyətininartırılmasına, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsininböyüməsinə, məktəbəhazırlığa cəlb edilənlərin sayınınartırılmasına və təhsilverənlərin sosial müdafiəsinin mərhələlişəkildə gücləndirilməsinə imkan verəcəkdir.
Təhsil Tələbə Kredit Fondunun vəsaitləri 8,0 milyon manatartırılaraq 118,0 milyon manata çatdırılacaqdır. Təklif edirəm ki, Təhsil Tələbə Kredit Fondunun vəsaitləri təhsilalanların təkcətəhsil haqlarının qarşılanması üçün deyil, həm də həssasqrupdan olan təhsilalanların təhsillə bağlı digər xərclərininödənilməsinə də yönləndirilsin.
Çünki bəzi hallarda həssas qrupdan olan şəxslər təhsillə bağlıdigər xərcləri qarşılamaqda maliyyə çətinliyi ilə üzləşirlər vətəhsil almaqdan imtina etməyə məcbur olurlar.
Elm xərcləri 2024-cü il üçün 228,8 milyon manataçatdırılacaqdır. Hesab edirik ki, bilik iqtisadiyyatınınformalaşmasında nəticəyönümlü elmi araşdırmaların və elmiyeniliklərin mühüm rolunu nəzərə alaraq, elmə ayrılan vəsaitinstrukturuna yenidən baxılmalı, elmi tədqiqatlar nəticəyönümlülayihələr və məqsədli proqramlar əsasındamaliyyələşdirilməlidir.
Son 20 ildə təhsilin qanunvericilik bazası da möhkəmləndirilib. Belə ki, Milli Məclis tərəfindən 2009-2019-cu illər ərzində “Təhsil haqqında” (19 iyun 2009), “Elm haqqında” (14 iyun 2014), “Məktəbəqədər təhsil haqqında”(14 aprel 2017), “Peşə təhsili haqqında”(24 aprel 2018) və “Ümumi təhsil haqqında” (29 mart 2019) Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
Ulu Öndərin müəyyənləşdirdiyi təhsil siyasəti bu gün Azərbaycan Respublikasının I vitse-prezidenti xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də uğurla davam etdirilir.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, milli-mənəvi dəyərlərin dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun xüsusi əməyi var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim diqqət və qayğı ilə yanaşaraq bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir. Ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri fond uğurla gerçəkləşdirir”.
Xüsusilə sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti nəinki təqdirəlayiqdir, həm də ən yaxşı nümunə və örnəkdir.
Müəllimlərin son iki qurultayında da qeyd edildiyi kimi, əsas vəzifələrdən biri də peşəkar müəllim kadrların hazırlanması, müəllim peşəsinin nüfuzunun artırılması və müəllimin sosial müdafiəsinin gücləndirilməsidir. Bu sahədə nailiyyətlərimiz var.
Görülmüş işlər nəticəsində müəllim ixtisasına qəbul olanların böyük bir hissəsinin 500 baldan çox nəticə göstərməsi, müəllimlərin işə qəbulunda yeni yanaşmanın və sertifikasiyanın tətbiqi nəticəsində onların sosial müdafiəsinin gücləndirilməsi, təhsildə keyfiyyət təminatının şəffaf və işlək mexanizminin yaradılması həqiqətən də əhəmiyyətli nəticədir.
Müəllim əməyi ən böyük hörmətə layiqdir və bu, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdəndir.
Təhsilin yeni idarəetmə mexanizmlərinin, ictimai özünüidarəetmə orqanlarının yaradılması da bu sahədə atılmış uğurlu addımlardandır. Son illərin təcrübəsinin təhlili göstərir ki, təhsilin idarə edilməsinin yeni modelinin daha da təkmilləşdirilməsi və tətbiqinin genişləndirilməsi zəruridir. Bu istiqamətdə işlər sürətləndirilməlidir.
Bu gün ali təhsil alanların sayı peşə və orta ixtisas təhsili alanların sayından təqribən üç dəfə çoxdur. Əmək bazarının tələblərinə uyğun yeni peşə standartlarının və təhsil proqramlarının işəgötürənlərlə birlikdə hazırlanması, peşə təhsilinə qəbulun genişləndirilməsi davamlı iqtisadi inkişafın tələbidir. İnanıram ki, bu mühüm məsələ də tezliklə öz həllini tapacaqdır.
Məktəbəqədər yaş dövrü qabiliyyətlərin inkişafının sensitiv dövrüdür. Ona görə də uşaqların məktəbəqədər təhsillə ahətəsi genişləndirilməli, intellektual inkişafa dəstək verilməlidir.
Həmçinin, xarici ölkələrdə istedadlı uşaqları aşkar etmək üçün uğurla istifadə edilən testlər adaptasiya edilməli və bu alətlər mütəxəssislərin ixtiyarına verilməlidir.
Müəllimin fasiləsiz hazırlığı sisteminin əsas istiqamətlərinin, məzmununun və inkişafının müəyyən edilməsi, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının inkişaf etdirilməsi dövrünə tələblərinə uyğun olaraq yenidən nəzərdən keçirilməlidir.
Şagirdlərin təlim yükünün səmərələşdirilməsi baxımından ümumi təhsil pilləsinin səviyyələri üzrə təhsil proqramlarının məzmununun yenidən nəzərdən keçirilməsi zəruridir. Əminəm ki, müəllimlərimiz bu işin də öhdəsindən gələcəklər.
Bu il “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” başa çatır. Proqramdakı hədəflərə çata bildikmi? Ali təhsildə rəqabətlilik təmin edildimi? Bundan sonra nə etməliyik? Və digər suallar var. Bəlkə də 3-4 ilə bu məsələlərin hamısının həlli çətin idi. Amma bu iş davam etdirməli və nəticəyönümlü konkret məqsədlər müəyyən edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin, o cümlədən ali təhsilin ölkənin inkişafındakı əhəmiyyətini qeyd edərək demişdir: “Bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır?
Hesab edirəm ki, cənab Prezidentin bu fikirləri müasir ali təhsilin inkişafının konseptual əsasını təşkil edir.
Əsas prioritetlərdən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasıdır. Bu isə elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması ilə bağlı tədbirləri zəruri edib. Dövlət universitetlər, elm müəssisələr və sənaye-istehsalat arasında tənzimləyici rolunu gücləndirməlidir. Bu məsələ də öz həllini tapmalıdır.
Azərbaycanın yeni təhsil sistemi milli-mənəvi dəyərlərimizdən bəhrələnməli, onun kökləri üstündə qurulmalı, gənc nəslin tərbiyəsində aparıcı rol oynamalıdır.
Ulu Öndər Heydər Əliyev təhsilin əhəmiyyətindən danışarkən deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır”. Və “Biz keçmişlərdən fərqli olaraq indi müstəqil Azərbaycanın gələcəyini formalaşdırırıq, müstəqil Azərbaycanın gələcək fəaliyyətini formalaşdırırq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırq… Gərək o, vətənpərvərlik hissi yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun”.
Azərbaycan təhsilinin qarşısında dayanan bu vəzifə uğurla icra edilir. Vətənpərvərlik ruhunda tərbiyə edilən, formalaşan Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandalığı altında igid əsgər və zabit kimi öz müəllimləri ilə birlikdə qəhrəmanlıqla döyüşərək 44 günlük Vətən müharibəsində ərazilərimizi erməni-faşist işğalçılarından azad etdilər. Azərbaycanın Zəfər tarixini yazdılar və Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Hesab edirik ki, bu, həm də Azərbaycan təhsilinin ən böyük uğurlarından biridir.
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinə yönəlmiş siyasətini davam və inkişaf etdirən görkəmli dövlət xadimi cənab İlham Əliyevə sonsuz inamını və etimadını ifadə edərək 2003-cü ildə onu ölkənin Prezidenti seçdi. Bu, xalqın Ulu Öndərin siyasətinə sədaqətinin və iradəsinin təntənəsi idi.
Prezident İlham Əliyev hələ 2004-cü ildə Naxçıvanda çıxışışında demişdi: “Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır…Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq”.
Bəli, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə xitabən Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan dövlətini müasir güclü dövlətə çevirdi. Böyük sərkərdəlik nümayiş etdirərək rəşadətli Ordusu ilə minilliklər boyu yaşadığımız ata-baba yurdumuzu Ermənistanın işğalından azad etdi. Dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Son beş yüzillik tariximizin Zəfər və Şərəf tarixini yazdı! Bu, həm də Heydər Əliyev siyasətənin təntənəsi idi!
Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil və qalib Azərbaycan dövlətinin İntibah dövrü başlayıb. Əminəm ki, biz müəllimlər 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində Ulu Öndərin siyasətinə sadiqliyi bir daha nümayiş etdirərək, bu siyasətin uğurlu davamına səs verəcəyik.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək keyfiyyətcə yeni mərhələyə keçidi təmin edilən Azərbaycan təhsili dinamik inkişaf edir.