Psixologiya Elmi Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Superviziya”nın növbəti görüşü keçirilib. Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr. Murat Artıran superviziyada iştirak edən psixoloqların suallarını cavablayıb və yüksək terapiya bacarıqlarını inkişaf etdirməklə bağlı iştirakçılarla praktik məşqlər edib.
Zəngin bilik və təcrübələrini bölüşdüyü üçün Murat Artırana dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!