Psixologiya Elmi Tədqiqat İnstitutunun “Psixokorreksiyanın əsasları” adlı dərs vəsaiti çap olunub

Psixologiya Elmi Tədqiqat İnstitutunun “Psixokorreksiyanın əsasları” adlı dərs vəsaiti çap olunub.

📌Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müdiri, prof. Rəna İbrahimbəyova, redaktoru Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, tərtib edənlər Bakı Dövlət Universitetinin
Gender və tətbiqi psixologiya kafedrasının müəllimi, p.ü.f.d. Vəfa Nağıyeva və Psixologiya Elmi Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri Mətanət Əliyevadır.

📌Vəsait tətbiqi psixologiya sahəsində psixokorreksiya istiqamətində aktual mövzuları əhatə edir.

Kitabda praktiki fəaliyyət prosesində psixoloqun psixokorreksiya modeli açıqlanır.

Kitabda həmçinin psixokorreksiya işinin nəzəri və praktik əsaslarından bəhs olunmaqla yanaşı, fərqli problemlər zamanı tətbiq edilən psixoloji texnikalardan bəhs olunur.

📌Kitab istər tələbələr, istərsə də psixologiya sahəsində fəaliyyət göstərən gənc mütəxəssislər üçün nəzərdə tutulub.

📌Psixokorreksiya işinin əsasları üzrə dərs vəsaiti aşağıdakı istiqamətləri özündə ehtiva edir.

📍Tələbələrin müxtəlif psixokorreksiya metodikasına, texnoloji bilik və təcrübələrə yiyələnməsi;

📍II. Praktiki psixoloqların, məktəb psixoloqlarının, sosial işçilərin və s. əlində məlumat kitabçası.

📌Psixokorreksiya təcrübəsinə nəzəri yanaşmaya aid məlumatlar aşağıdakı sxem üzrə verilir:

📍1. Əsas və konseptual yanaşma sxemi;

📍2. Korreksiyanın məqsədi;

📍3. Psixoloqun mövqeyi;

📍4. Müraciət edən şəxsin mövqeyi;

📍5. Verilmiş yanaşma çərçivəsində istifadə olunan əsas üsullar.

☎️Kitabı əldə etmək və ətraflı məlumat üçün bizimlə əlaqə : 070 268 27 08 (mobil / what’s App)

Son məqalələr

Online Qeydiyyat