Psixologiya Elmi Tədqiqat İnstitutunun 8-ci könüllü fəaliyyət proqramının üzvü Aşuray Qurbanova digər proqram üzvləri üçün maarifləndirici təlim keçib.
Təlimdə cins anlayışından, növlərindən, cinsiyyət və gender anlayışlarının fərqindən danışılıb, gender rollarından və bərabərliyindən, bölgülərdən, oriyentasiyadan bəhs edilib.
Həmçinin iştirakçılarla “İnterseks nədir və xəstəlikdirmi?mövzusunda müzakirə aparılıb.
Aktiv fəaliyyətlərinə görə institutun 8-ci könüllü fəaliyyət qrupunun üzvlərinə təşəkkür edirik.