Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Məqsədlərə doğru” adlı layihənin növbəti təlimi Psixologiya Elmi Tədqiqat İnstitutunun könüllü fəaliyyət qrupunun rəhbəri, psixoloq Emilya Nəsibova tərəfindən həyata keçirilib.
“Şəxslərarası münasibətlər” adlı təlimdə əsasən empatiya və dinləmə bacarıqları, kommunikasiya texnikaları, streslə mübarizə və problem həlletmə, düzgün qarşılıqlı əlaqələr və s. kimi mühüm məsələlərə toxunulub.
Eyni zamanda, təlim zamanı dəyərlərin, normativlərin və mədəniyyətlərin təhlili, qarşılıqlı anlayışın təmin edilməsi, münasibətlər və konfliktləri müzakirə etmə üsulları barədə geniş məlumat verilib.