“Uşaq və yeniyetmələr üçün özgüvən texnilaları” təlimi keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunda Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında 12 akademik saatı əhatə edən “Uşaq və yeniyetmələr üçün özgüvən texnilaları” təlimi keçirilib.

Təlimdə özgüvən, özgüvən əskikliyi, özgüvənli insanların xarakterik özəllikləri, zamanın düzgün idarə edilməsi, adekvat qiymətləndirmə, planlama cədvəli, iki dairə metodu, özgüvən artırmağın yolları, 5 saniyə texnikası və özgüvənlə bağlı NLP texnikası haqqında danışılıb.

Sonda iştirakçılara sertifikat təqdim edilib.

Son məqalələr

Online Qeydiyyat