Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumu keçirilib.
Forumda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov təhsildə psixoloji xidmətin aktual problemləri haqqında çıxış edib.
O bildirib ki, müasir dövrdə təhsildə psixoloji xidmətin təşkilində metodikaların tətbiqi və metodikaların hazırlanması, həmin metodikaların məktəb mühitində dəyərləndirilməsi, şagirdlərin və müəllimlərin psixoloji vəziyyətinin qiymətləndirilməsi, eləcə də korreksiyasında böyük rol oynayır.
Foruma dəvət etdiyi üçün ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynovaya təşəkkürümüzü bildiririk.