Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa təsiri” mövzusunda seminar keçirilib

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa təsiri” mövzusunda seminar keçirilib.

Seminarda institutun sədri f.ü.f.d. Elnur Rüstəmov, məktəb psixoloqları və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əbədi şəxsiyyət və əvəzedilməz lider kimi zəngin fəaliyyətindən danışıb.
Bildirilib ki, ümummilli lider hər zaman dövlətin inkişafında təhsilin əhəmiyyətini xüsusi vurğulayıb, böyük elmi nailiyyətlərin əldə edilməsi üçün peşəkar kadr ehtiyatının hazırlanmasının təhsil müəssisələrinin qarşısında əsas öhdəlik olduğunu qeyd edib.

Elnur Rüstəmov dahi şəxsiyyətin təhsil mühitinə ötürdüyü bu əhəmiyyətli çağırışların yerinə yetirilməsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun da payının olmasından qürur duyduğunu deyib.

O əlavə edib ki, institit yarandığı gündən psixologiya sahəsində ixtisasartırma kursları, eləcə də əlavə təhsil proqramları sayəsində ixtisaslı kadrlar yetişdirməyə davam edir. Həmçinin sədr vurğulayıb ki, institutun elmi tədqiqat qrupu tərəfindən hazırlanmış 20-dən çox elmi məqalə dünyanın nüfuzlu elmi bazalarında yer alan jurnallarda çap olunub və bu işlər uğurla davam etdirilir.

O, təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa, psixi rifaha təsirindən, dolayısı ilə bu işin peşəkar təşkilinin cəmiyyətin psixoloji sağlamlığı üçün əhəmiyyətindən danışıb.

Elnur Rüstəmov seminara qatılan mütəxəssislərə və iştirakçılara təşəkkürünü bildirib.

Daha sonra Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi-metodiki şöbəsinin müdiri, dosent Hökümə Əliyevaya bu mövzuda belə əhəmiyyətli elmi seminarların təşkilinin vacibliyini, mütəxəssislərin müasir psixologiya istiqamətlərində fikir mübadiləsi aparması üçün bu səpkidə tədbirlərin münbit mühit olduğunu bildirib.

Daha sonra “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün nəzərdə tutulmuş “Psixoloji diaqnostika və psixokorekksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimlərində iştirak edən, Yaş və inkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, institutun əməkdaşları, psixoloqlar Cəmilə Hüseynova, Lamiyə Hüseynova, Mehriban Ağabalayeva, Çinarə Kazımzadə və Nərmin Veliyeva çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Son məqalələr

Online Qeydiyyat