Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir.
Qeyd edək ki, layihənin məqsədi məktəbəqədər təhsil prosesində uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onların inkişaf etməsi üçün müvafiq təhsil alma şəraitinin yaradılması nəticəsində sağlam emosional mühitin formalaşdırlmasıdır.
Budəfəki görüşlərdə adaptasiya çətinliyi yaşayan uşaqlarla düzgün psixopedaqoji işin təşkili və davranış pozuntusu olan uşaqlara düzgen psixopedaqoji yanaşma mövzularında danışılıb.