Psixologiya Elmi Tədqiqat İnstitutunda “Əməliyyat öncəsi və sonrası psixoloji konsultasiyanın aparılması” təlimi keçirilib.
Qeyd edək ki, proqramın məqsədi həkimə müraciət etmiş şəxsin əməliyyatına müsbət istiqamətdə dəstəkçi olmaq və yaranmış mənfi psixoloji halların qarşısını almaqdır.
İnstitutun əməkdaşları, psixoloq Mehriban Ağabalayeva və psixoloq Rövşən Nəcəfova öz zəngin bilik və bacarıqlarını bölüşdüyü üçün təşəkkürümüzü bildiririk.