Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” beynəlxalq kursumuzun ilk dərsi Dr.Ezgi Ildırım tərəfindən tədris edilib.
Mövzu “Rasional Emosional & Koqnitiv Davranış Terapiyasının yaranma və inkişaf tarixi”, “Koqnitiv davranış terapiyaları”, “ABCDEF modelinin əsası, təməl biliklər”, “Koqnitiv davranış terapiyalarında psixoterapevtik bacarıqlar, önəmli nüanslar” olub.