📣 Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2024-2025-ci tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir❗️

📣 Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2024-2025-ci tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir❗️

🔻 Yenidənhazırlanma proqramına TSPX (Təhsildə sosial-psixoloji xidmət) və Psixologiya təhsili almış şəxslər müraciət edə bilərlər❗️

📌 Bu təhsilə yiyələnməklə psixoloq kimi fəaliyyət göstərə bilərsiniz.

📌 Yenidənhazırlanma proqramı psixologiya sahəsində beynəlxalq təhsil proqramına və təcrübəyə əsasən hazırlanıb.

📌 Həmçinin dərslər müasir tələblərə uyğun keçirilir.

📌 Dərslər bu sahədə həm nəzəri, həm də praktik biliklərə malik mütəxəssislər tərəfindən tədris olunur.

📌 Tədris Azərbaycan dilində aparılır.

📌 Təhsil haqqı müqavilə əsasında ödənilir.

📌 Məzunlara aldıqları ixtisas üzrə işləmək hüququ verən vahid formalı dövlət sənədi (diplom) verilir.

📝 Qeyd: Yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Ərizə;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
  • Cari ilin bakalavr məzunları üçün ali məktəbi bitirmək haqqında arayış;
  • Əmək kitabçasının surəti (işləyənlər üçün);
  • 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil;
  • Sağlamlıq haqqında arayış;
  • CV (Anket).

🔻 Sənədlər 2024-cü il avqust ayının 2-dən sentyabr ayının 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək PsETİ-nin Əlavə təhsil və innovasiyalar şöbəsində qəbul edilir✅

Yenidənhazırlanma təhsili almaq üçün instituta sənəd vermiş şəxslərlə müsahibə təşkil edilir.

Müsahibəni uğurla keçənlər müqavilə yolu ilə yenidənhazırlanma ixtisasına qəbul olunurlar.

📃 Yenidənhazırlanma təhsili almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” ilə tənzimlənir.

Qəbul ilə əlaqədar aşağıdakı ünvana və ya elektron poçta müraciət edə bilərsiniz.

📍Ünvan: Ziya Bunyadov pr., 38

☎️ Əlaqə: (012)480-36-29 ; (070)268-27-08

📧 Email: [email protected]

Online Qeydiyyat