119 SAYLI AĞDAM SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ DEPUTATLIĞA NAMİZƏD
Əliyev Bəxtiyar Həmzə oğlu
Ölkəmizin dəyərli alimi, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev psixologiya, elm və təhsil sahəsi ilə yanaşı, illərdir nümunəvi siyasi fəaliyyəti ilə də dövlətçilik ənənələrinin, xalqın maraqlarının qorunmasında böyük məsuliyyətlə iştirak edir.
Bəxtiyar Əliyev fəaliyyəti dövründə hər zaman ədalət və dürüstlüyü, parlaq liderlik bacarıqları ilə seçicilərinin səsi olub. Milli Məclisdə seçicilərini layiqincə təmsil edib.
Müasir, müstəqil Azərbaycan dövlətinin tarixinə şanlı qələbə Zəfərini həkk edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin vətəndaşların təhlükəsizliyinin, rifahının və dövlətin qüdrətinin artırılması naminə həyata keçirdiyi islahatların qanunvericilik bazasının hazırlanmasında uğurlu fəaliyyət göstərib.
Bəxtiyar Əliyev siyasi və elmi fəaliyyəti ilə bərabər, həm də örnək şəxsiyyəti ilə hər zaman xalqın, seçicilərin etimadını, rəğbətini qazanıb.
Professor Bəxtiyar Əliyev həmçinin Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaradılmasında və institut tərəfindən aparılan elmi-tədqiqatların ərsəyə gəlməsində, müasir psixologiya sahəsində elmi nailiyyətlərin qazanılmasında böyük əməyi olan görkəmli alimdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyevə 1 sentyabr 2024-cü ildə Milli Məclisə keçiriləcək seçkilərdə uğurlar arzulayırıq!