Cəlilabad və Göyçay rayonlarında «Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi» təlimlərinin davamiyyətinin monitorinqi aparılıb

Celilabad və Göyçay rayonlarında  “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda ixtisasartırma təlimlərinin davamiyyətinin monitorinqi aparılıb. 

Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda ixtisasartırma təlimlərinin davamiyyətinin monitorinqi aparılıb. 

Monitorinq zamanı ümumi təhsil müəssisələrində çalışan müəllimlərin təlimlərə böyük həvəs və maraqla yanaşdığı, davamiyyətin müsbət səviyyədə olduğu təyin olunub.

Təlimin məqsədi məktəblərdə  səmərəli müəllim-şagird-valideyn münasibətləri qurmaqla şagirdlərin  akademik göstəricilərində yüksək nəticə  göstərmələrinə nail olmaqdır.

Qeyd edək ki, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir.

Son məqalələr

Online Qeydiyyat